Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ümumdünya Artrit Gününün əhəmiyyətindən danışıb
12.10.2022 15:52

12 oktyabr - Ümumdünya Artrit Günü Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Bu günün qeyd edilməsinin əsas məqsədi geniş ictimaiyyətin diqqətini artrit xəstəliyinin yaranması, simptomları, erkən diaqnostikasının əhəmiyyəti, müalicə üsulları barədə ictimaiyyətin maarifləndirilməsidir. Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artma tendensiyası müşahidə edilir. Bu xəstəlik əsasən yaşlı insanlarda, 40-55 yaşından sonra qadınlarda, 55 yaşından sonra kişilərdə daha çox rast gəlinir. Bu gün səhər saatlarında Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinə 10-a yaxın pasiyent məhz atrit xəstəliyi ilə bağlı müraciət edib. Artrit xəstəliyi barədə və bu günün qeyd olunmasının əhəmiyyəti barədə məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədova müraciət etdik.

 

- Müseyib həkim, Ümumdünya Artrit Günü tarixinə diqqət yerirmək nə üçün vacibdir?

 

- Artrit - bir və ya daha çox oynağın iltihablanması xəstəliyidir. İnsanlar hər yaşda artritin yaranma riski ilə üzləşə bilər. Əgər xəstəlik müalicə olunmazsa, iltihab nəzarətsiz inkişaf edə, qığırdaqların yeyilməsinə, oynaqların tədricən məhv olmasına və əlilliyə səbəb ola bilər. Nəzərə alsaq ki, oynaq qığırdağı yeyilməsi problemi ilə müraciət edən xəstələrin sayı, eyni zamanda atritin ağırlaşmış vəziyyətlərində müraciət edənlərin sayı günü-gündən çoxalır, bu gündə insanların bu xəstəlik barədə maarifləndirilməsi böyük əhəmiyyətə malikdir. Çünki erkən diaqnostika və erkən müalicəyə başlamaqla xəstəliyin ağırlaşmasının qarşısını almaq və konservativ üsullarla müalicə etmək mümkündür.

 

- Müseyib həkim, artrit xəstəliyinin yaranma səbəbləri nədir?

 

-Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Belə ki, kiçik zədələr, oynaqların açıq və ya qapalı zədələnmələri təkrarlandıqda, tez-tez həddən artıq fiziki yüklənmələr, genetik meyil, viral və bakterial infeksiyalar, uzun illər hormonal dərmanların qəbulu, fiziki və zehni yüklənmə, artıq çəki, intensiv fiziki fəaliyyət və ya əksinə – hərəkətsizlik, hipotermi və ya həddindən artıq istiləşmə, keçirilmiş yoluxucu xəstəliklər və s. artritin inkişafına səbəb olur. Çəki çoxaldıqca oynaqlar tab gətirmir və qığırdaqlar yeyilir. Çəki artması, hərəkət azlığı və üstəlik orqanizmin yaşlanması yükü oynaqların üzərinə atılır. Beləcə bud-çanaq, diz, ayaq-topuq oynaq qığırdaqları dağılır. Sıxılma çox olur deyə, qığırdaqlar zədələnir. Qığırdaq tədricən tamamilə yeyilir, oynaq, sümük oynaqları deformasiyaya uğrayır və ağrılar başlayır.

 

- Müseyib həkim, bu xəstəliyin hansı mərhələsində həkimə müraciət etmək lazımdır?

 

 - Qığırdaqların yeyilməsi ilə bağlı ilk şübhə yaranarsa və oynaqlarda ağrı hiss etdikdə dərhal travmatoloqa müraciət etmək laızmdır. Çünki, illərlə müalicəsiz qalmış xəstəliyin yalnız ağırlaşmasına nail olmaq olar. Çox hallarda xəstələr həkim təyinatı olmadan bu xəstəliyi masaj, maz, dərman preparatları ilə müalicə edirlər. Oynaq qığırdağı dağılmağa başlayırsa, orqanizmin onu bərpa etmək imkanı yoxdur. Bu səbəbdən mütləq travmatoloq müayinəsindən keçmək, rentgen vasitəsilə oynaqda iltihabın olub-olmamasını müəyyən etmək lazımdır. Müalicə ilə xəstəliyin gedişatını dayandırmaq və simptomları azaltmaq olar.

 

Müsahibəni apardı Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib