BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir  
05.10.2022 10:23

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillər” adlı məqalə “Web of Sience” bazasinda indekslənən “Current Pharmaceutical Biotechnology” jurnalında dərc olunub.

 

Bu barədə Aztibb.az-a BDU-dan məlumat verilib.

 

Bütün dünyada bakteriyaların antibiotiklərə davamlığının kəskin surətdə artması müşahidə olunur və bu, cəmiyyətin sağlamlığı üçün ciddi təhlükə yaradır. Antibiotiklərə davamlıq, ilk növbədə, yoluxucu xəstəliklərin və ölüm hallarının artması, eləcə də müalicədə çoxlu antibiotiklərin istifadəsi ilə bağlıdır. Əksfikirli texnologiya genlərin transkripsiyasına və ekspressiyasına mane olan oliqonüleotidlərə əsaslanır. Oliqonüleotidlər antibiotiklərə davamlı olan bakteriyalara qarsı mübarizədə istifadə oluna bilər. Belə oliqonükleotidlərə, ilk növbədə, peptidli nüklein turşularını, fosfordiamidatlı morfolinoliqomerləri və qapalı nüklein turşularını aid etmək olar. Məqalədə yuxarıda göstərilən oliqonükleotidlər bakteriyalara davamlılıq verən genlərin hədəfi kimi göstərilir. Belə ki, oliqonükleotidlər müvafiq geni parçalayaraq bakteriyaların inkişafının tormozlanmasına səbəb olur. Bu nəticələr yoluxucu xəstəliklərin müalicəsində yeni perspektivlər açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır