Oynaqlarda ağrılar və xırçıltı hiss etdikdə nə etmək lazımdır? - Ortoped-travmatoloq Müseyib Əhmədov AÇIQLADI
23.09.2022 09:20
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Oynaqlarda ağrılar və xırçıltı hiss etdikdə nə etmək lazımdır” sualını cavablandırıb.
 
Həkim bildirib ki, sümük pozğunluqları yavaş-yavaş inkişaf edir və ilk simptomlar yalnız əhəmiyyətli patoloji dəyişikliklərlə ortaya çıxa bilər, buna görə də hər kəs uşaqlıqdan başlayaraq mütəmadi olaraq ortoped həkim tərəfindən müayinə edilməlidir. Əgər hərəkət zamanı ağrı ilə birgə şişkinlik də müşahidə edirsinizsə, oynaqlarda xırçıltı varsa, bel ağrısı, əllərin eyni vaxtda uyuşması, duruşun pozulması və yorğunluq, hava dəyişdikdə öncədən ağrılar varsa, mütləq həkim-ortopedə müraciət etmək lazımdır.
 
Onun sözlərinə görə, oynaq ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən 50 yaşdan yuxarı xəstələrdə qeyd edilir. Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi sümük başlarının bir birinə sürtülməsi ilə nəticələnir: "Qığırdağın bu zədələnməsi ilə bağlı oynaqda kəskin ağrılar əmələ gəlir. Bu, osteoartrit xəstəliyidir, oynaqların aşınması deməkdir. Yaşlı insanlar buna kirəcləşmə də deyirlər. Bu zaman oynaqların qığırdaq toxumasının quruluşu pozulur, o aşınır və zədələnir. Daha çox diz, qalça, bilək və onurğa sütununda müşahidə edilir".
 
Müseyib Əhmədov əlavə edib ki, ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq, məsləhətdir. Bir sıra vərdişləri dəyişmək də fayda verir. Məsələn, dizləri bükərək oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, mümkünsə, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir.
 
"Belə xəstələrə məsləhətim budur ki, dizlərində ağrılar get-gedə artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik müşahidə edilirsə, deformasiya hiss edəndə, pilləkən enərkən və qalxarkən, gecə yuxudan oyandıran diz ağrıları müşahidə edirlərsə, mütləq həkimə müayinəyə getsinlər. Çünki, xəstəliyin vaxtında aşkar edilməsi və müalicəsi sizi normal fiziki aktiv həyata qaytarar və cərrahi müdaxilədən qoruyar", - deyə ortoped-travmatoloq bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub