Hil qastrit, mədə qıcqırması və yanğısında çox faydalıdır - Fitoterapevt
13.09.2022 14:11
Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Azərbaycanda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov tünd yaşıl rəngdə olan hildən alıb istifadə etməyi tövsiyə edir.
Fitoterapevt qeyd edir ki, hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləməkdir. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçündə çox faydalıdır. Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil 5 ədəd mixək təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için.
"Hil həm də əsəb sakitləşdirici bir çaydır, axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur. Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz".
Çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir.
Həkim bildirir ki, əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa, məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol-bol hil çayı içilməlidir.
F.Hüseynovun sözlərinə görə, ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun, onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir. Xatırladım ki, hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur.
Fitoterapevt əlavə edib ki, hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır, əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə onda bu mükəmməl qarışımdan istifadə edin:
"Hil və ud hindi bitkilərini bərabər miqdarda, məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın, ağzı kip bağlanılan şüşə bir qaba tökün gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üzərindən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz. Bəd xassəli şişlərdən qorunmaq üçün və əgər bu xəstəliyə tutulmusunuzsa orqanizmin immunitetini qüvvətləndirmək üçün hil və qarazirə toxumlarını üyüdüb (məsələn hərəsindən 100 qram) 1 kq bal ilə qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

