TƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilib
02.09.2022 18:01

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müharibə iştirakçılarına və qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb.

 

TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin və Səhiyyə Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində həyata keçirilən əməkdaşlıq, sahə üzrə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi, postmüharibə dövründə qazilərimizə psixoloji dəstəyin göstərilməsi üzrə bilik və təcrübələrin yerli mütəxəssislərlə mübadiləsi və.s məsələlər müzakirə olunub.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov hər sahədə olduğu kimi qardaş Türkiyənin tibb sahəsində də dəstəyinin danılmaz olduğunu bildirib.

 

Vətən müharibəsi iştirakçılarına postmüharibə dövründə türkiyəli mütəxəssislərlə birgə zəruri tibbi müayinə və müalicələrin, eləcə də psixoloji dəstəyin göstərilməsinin üstünlüyünü qeyd edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 181 nəfər qazinin zəruri tibb xidmətlərlə təmin olunduğunu, hazırda 14 qazinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirdiyini bildirib.

 

“Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailələrinin üzvləri çalışır.

 

Qazilərimizin tibbi bərpa və reabilitasiyası xüsusi ilə diqqət mərkəzindədir. Bu yaxınlarda TƏBİB-in də dəstək göstərdiyi Türkiyənin aidiyyəti qurumları ilə birgə “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi" reallaşdırılıb. Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik, bacarıqlarını artırmaq yolu ilə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi-psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızı bundan sonra da intensiv şəkildə davam etdirməliyik”- deyə V.Qurbanov qeyd edib.

 

Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner isə öz növbəsində qarşılıqlı əməkdaşlığa, birgə təcrübə mübadiləsinə, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün hazır olduqlarını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub