Professor Asəf Salamov: Süni intellekt metodları əsasında makroorqanizmlərdə genom xüsusiyyətlərini tədqiq edirik  
31.08.2022 16:06

İyirmi il öncə sekvens olunmuş (yəni nukleotid ardıcıllıqları müəyyən olunmuş) genom genlərinin koordinatlarının müəyyən olunması üçün proqram işləmişdik. Həmin dövrdə olduqca populyarlıq qazanmış bu proqram bir çox elmi-tədqiqat institutlarında geniş istifadə olunurdu. Bundan başqa, müxtəlif illərdə funksional saytlar, zülal ardıcıllığına dair proqramlar işləyib hazırlamışıq. Son illərdə süni intellekt metodları əsasında makroorqanizmlərdə genom xüsusiyyətlərini öyrənirik.

 

Bunu ABŞ-da fəaliyyət göstərən bioinformatika və kompüter genomikası sahəsində tanınmış azərbaycanlı alim, ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri professor Asəf Salamov deyib.

 

“Sonuncu dəfə insan genomunun tədqiqi ilə 2005-ci ildə məşğul olmuşam. Fəaliyyət göstərdiyim laboratoriya vaxtilə insan orqanizmində olan 23 cüt xromosomdan 3 xromosomun öyrənilməsi ilə məşğul idi. Hazırda isə laboratoriyada insan və heyvandan başqa, digər canlıların genom xüsusiyyətləri öyrənilir. Şübhəsiz ki, müasir dövrdə bu istiqamətdə tədqiqatların əhatə dairəsi genişləndirilib, milyonlarla insanın genomu tədqiqatlara cəlb olunub. Ümumiyyətlə, hazırda texnologiyaların ən son nailiyyətlərindən istifadə etməklə genom ardıcıllığını təyin etmək əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb”, - deyə alim bildirib.

 

Bu günədək fəaliyyət göstərdiyi 3 müəssisədə genomların tədqiqi ilə məşğul olmuş professor bu sahədə ilk dəfə 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində işlədiyi zaman təcrübə topladığını, “İnsan genomu” beynəlxalq layihəsinin iştirakçılarından biri olduğunu bildirib. Qeyd edib ki, rəsmi olaraq 1990-cı ildə başladılan və 13 il davam edən bu layihə indiyədək dünyanın ən böyük bioloji əməkdaşlıq layihəsi hesab olunur. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən layihə, həmçinin Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya və Çinin iyirmi universitetində və tədqiqat mərkəzlərində həyata keçirilib.

 

“İnsan genomunu təşkil edən DNT ardıcıllıqlarının müəyyən olunması molekulyar tibb və insan təkamülü kimi bir çox sahələr üçün zəruri istiqamətlərdəndir. Belə ki, bu layihə genomun tərkibindəki amin turşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir. Layihənin başa çatmasına baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi üzrə tədqiqatlara ehtiyac var”, - deyə A.Salamov fikrini yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub