Uşaqlıq boynu xəstəliklərini vaxtında aşkarlamaq üçün nə etməliyik? - HƏKİM MƏSLƏHƏTİ
31.08.2022 12:23

Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna baxan aşağı hissəsidir. Uşaqlıq boynu vagina ilə uşaqlıq cismi arasında yerləşir və uzunluğu 3-4 sm-dir. Uşaqlıq boynunun əsas fnksiyası uşaqlığı xaricdən gələn infeksiyalardan qorumaq və hamiləlik zamanı dölün uşaqlıq içində hermetik inkişaf etməsinə şərait yaratmaqdır.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu Gülnar Nuriyeva “Həkim məsləhəti” rubrikasında “Uşaqlıq boynu xəstəliklərini vaxtında aşkarlamaq üçün nə etməliyik” sualını cavablandırarkən belə deyib.

 

Ginekoloqun sözlərinə görə, uşaqlıq boynu xəstəliklərinə iltihabi-infeksiyon xəstəlikər aiddir ki, bu qrup xəstəlikləri uşaqlıq yolu və uşaqlıq boynundan götürülmüş yaxmanın laborator müayinəsi zamanı asanlıqla aşkarlamaq mümkündür. Uşaqlıq boynunun iltihabi xəstəlikləri tərkibində Nabothi kistləri adlandırılan kistlərin iltihabı və ya uşaqlıq boynunun öz toxumasının iltihabı nəticəsində meydana gəlir. Bu xəstəliklərin müalicəsi üçün onların vaxtında aşkarlanması vacibdir.


Uşaqlıq boynu xəstəliklərinə həmçinin, fon xəstəlikləri (xoş xassəli) də daxildir ki, bu qrup xəstəliklərə uşaqlıq boynunun eroziyası, polipi, papiloması, endometriozu və s. aiddir. Bunları güzgü ilə müayinə zamanı aşkarlamaq mümkündür. Uşaqlıq boynunda müşahidə olunan digər xəstəlik xərçəngönü xəstəliklərdir ki, (displaziya) - bu qrup xəstəlikləri gözlə təyin etmək mümkün deyil. Bunun üçün genişləndirilmiş kolposkopiya, sitoloji müayinə (pap smear) və histoloji müayinəyə (biopsiya) ehtiyac olur.


Həkim bildirib ki, uşaqlıq boynunun ağır xəstəliklərinə xərcəng də daxildir. Bu xəstəliyi uşaqlıq boynuna güzgü ilə baxış zamanı təyin etmək olur, dəqiqləşdirmək üçün uşaqlıq boynunda biopsiya götürülərək histoloji müayinəyə göndərilir. Uşaqlıq boynunun xəstəliklərinin müalicəsində, xəstəliyin növünə və agırlıq dərəcəsinə uygun olaraq konservativ və operativ müalicə metodu seçilir.


"Bir həkim kimi tövsyə edərdim ki, qadınlar ildə bir dəfə pap-smear testi keçsinlər. Bu test HPV genotipləndirmə ilə birlikdə həyata keçirilərsə, 3 ildən bir bu testdən keçmək olar. Bu test uşaqlıq boynu xərçəngi və xərçəngönü törəmələrinin vaxtında aşkarlanmasına yardımcı olur. Test sadə və ağrısız üsulla yaxma alınması ilə həyata keçirilir. Qeyd edim ki, süd vəzi xərçəngini nəzərə almasaq, uşaqlıq boynu xərçəngi ginekoloji xərçənglər arasında ən çox yayılan və ən çox qadın ölümünə səbəb olan xərçəng növüdür. Ona görə də, vaxtında müayinə olmaqla, düzgün müalicəyə başlamaqla ağır bir xəstəliyin qarşısını ala bilərsiniz", - deyə o, əlavə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub