Düzgün qidalanmamaq orqanizmdə hansı fəsadlara səbəb olur?
04.08.2022 15:55

Mütəxəssislərin fikrincə, orqanizmdə xəstəliklərin əmələ gəlməsinə yığılıb qalan və xaric oluna bilməyən seliklər səbəb olur Sadə bir misal göstərək. Biz gün ərzində dəfələrlə boğazımızı təmizləyir və ya burnumuzu silirik. Bu zaman mütləq bizim burnumuzdan və ya boğazımızdan selik xaric olunur. Gün ərzində bu" təmizləmə" hadisəsi olmasa isə burnumuz tutular və ya səsimiz xırıldayar və biz danışa bilmərik.

Anadan olanda indiyə kimi qəbul etdiyimiz bütün qidalar bağırsaqlarımızdan xaric olunur. Əgər bağırsaqlarımızın bu fəaliyyəti yerinə yetirilməzsə o zaman nələr baş verəcəyini düşünürsünüzmü? Ağız, burun boşluqlarından anusa qədər bütün qidalanmada iştirak edən orqanlar öz seliklərini ifraz etməsələr orqanizmdə təhlükəli vəziyyət yarana bilər.

Müasir zəmanəmizdə insanların qəbul etdiləri qidalanma rejimini nəzərə alsaq, damarlarımızda yığılıb qalan və xaric oluna bilinməyən seliyin hansı xəstəliklərə səbəb ola biləcəyi barədə düşünmək belə istəməzsiniz. Qəbul etdiyimiz hər bir qida bağırsaqlarımızdan qanımıza sorularaq artıq maddələri düz bağırsaqdan xaric edir. Qanımıza sorulan hər bir maddə isə qəbul edilən qidaların tərkibində olur. Qanın da damarlarla ürəkdən keçdiyini nəzərə alarsaq buradan belə nəticə çıxır ki, zərərli maddələrin qanda olması ürəyin də zədələnməsinə səbəb olur. Ürək damarlarından keçən qan ağciyər venalarından geri dönərək dövr edir. Burada qan karbon qazının oksigen qazı ilə əvəz olunmasına səbəb olur. Mütəxəssislər orqanizmin oksigenlə qidalanması və sağlam olması üçün insanlara hər gün təmiz havada gəzməyi məsləhət bilir.

Həkimlər insan orqanizmində əmələ gələn xəstəliklərin uzun illər onların qanında yığılıb qalmış toksinlər səbəbindən baş verdiyini söyləyirlər. Bu toksinlər isə qana qəbul etdiyimiz qidalar vasitəsilə daxil olur. Bütün soyuqdəymə xəstəlikləri, asmatik xəstəliklər, mövsümi xəstəliklər, bütün allergik xəstəliklər nəfəs yollarında seliyin yığılıb qalması səbəbindən baş verir.

Aztibb.az xəbər verir ki, amerikalı həkim Hormann Uoker öz fikirlərini belə xarakterizə edir:

Adenoidlər - badımcıqların axacaqlarının şlaklarla tutulması səbəbindən əmələ gəlir. Bu zaman axacaqlar şlaklarla tutulur və iltihabi proseslər meydana çıxır.

Angina - boğazın iltihabi xəstəliyidir. Bu xəstəliyin əmələ gəlməsində parçalanmış qida məhsullarının və qida qalıqlarının da rolu var.

Astma - bronxlarda seliyin yığılıb qalmasından əmələ gəlir. Bu zaman nəfəsalma çətinləşir və xırıltılı səs əmələ gəlir. Bu zaman seliyin əmələ gəlməsinə allergenlər səbəb olur. Bu isə orqanizmə mənfi təsir edən qidaların qəbul edildiyi zaman meydana çıxır.

Qrip - xəstəliyi bakteriyaların selikli qişalarda yığılıb qalması səbəbindən meydana çıxır.

Öskürmə - nəfəs borusuna qıcıqlandırıcı maddələrin yığılmasından meydna çıxır.

Soyuqlama - immunitetin aşağı düşməsi ssəbəbindən baş verir. Bu xəstəliyə yaxalanmamaq üçün isə orqanizmin vaxtaşırı detoksikasiya olunması lazımdır.

Rinit - burun boşluğunda seliyin yığılıb qalması səbəbindən baş verir.

Yuxarıda qeyd edilən xəstəliklər görünən selikli qişalarda seliyin toplanması səbəbindən əmələ gəlir. Uzun illər yığılıb qalmış lazımsız maddələrin toplanması isə orqanizmdə daha ağır xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Belə ki, qanda artıq maddələrin yığılması qanın qatılaşmasına səbəb olur. Bu da tromb əmələ gəlməsinə, infarkt və insult kimi xəstəliklərin baş verməsinə səbəb olur. Bunların baş verməməsi üçün isə həkimlər insanlara öz qidalarına qiddət yetirməyi məsləhət bilir. Mütəxəssislər hər gün tərəvəz və meyvə yeməyin, təzə çəkilmiş meyvə şirəsi içməyin orqanizmdə yığılıb qalmış toksinlərin miqdarının azalmasına səbəb olduğunu qeyd edirlər. Onlar xəstəliklərin baş verməməsi üçün qəbul edilən qidaların ən azı 60%-ni tərəvəzlərin təşkil etməsini məsləhət bilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub