"Toyuq korluğu"ndan əziyyət çəkən insanlar nələrə diqqət etməlidir?
15.04.2022 12:23

Toyuq korluğu kifayət qədər yayılmış oftalmoloji pozulma və pis işıqlandırılan yerlərdə - alaqaranlıq otaqda, axşam vaxtı çöldə yaxşı görməməkdir. Tibdə toyuq korluğu "hemeralopiya" adlandırılır. Toyuqlar alaqaranlıq yerlərdə heç nə görmədiyinə görə ona el arasında "toyuq korluğu" deyilir.

 

Həkim-oftalmoloq Gülər Əliyevanın dediyinə görə, xəstəliyin bir çox növləri var: “Funksional formaya adətən daxili xəstəliklərdə daha çox rast gəlinir. Burada qaraciyər xəstəlikləri, qan azlığı, avitaminozlar, hipovitaminozlar və xroniki xəstəliklər üstünlük təşkil edir. Uşaqlarda bəzi infeksion xəstəliklərdən, məsələn, suçiçəyindən sonra həm gündüz, həm gecə görməsində problemlər yaranması mümkündür. Simptomatik formada isə gözlə əlaqədar xəstəliklər olur. Ona daha çox miopiyalı xəstələrdə rast gəlinir. Katarakta, qlaukoma xəstələrində də həmin hallar müşahidə olunur”.

 

Anadangəlmə hemeralopiya sağalmaz xəstəlikdir. Yaş artdıqca xəstənin görmə qabiliyyəti daha da azalmağa başlayır. Buna baxmayaraq proses daim həkim nəzarətində saxlanılmalıdır. Həkim-oftalmoloq deyib: “Xəstəlik anadangəlmə olduqda valideynlər onu hiss edə bilərlər. Həmin xəstəlikdən əziyyət çəkən uşaqlarda gecə vaxtı ağlama və qorxma halları çox olur. Bu, onunla əlaqədar olur ki, onların gecə görmələri pozulduğuna görə məkanı qavramaq çətinləşir. Həmin xəstələrə eynək təyin olunur, yaxud da lazerlə korreksiya edilərək nəinki gündüz, gecə görməni də bərpa etmək olar. Eynəklə təbii ki, tam korreksiya alınmır. Lakin tam korreksiya verməsə də, görməni müəyyən qədər artırır. Xüsusilə gecə vaxtı müəyyən qədər görmə artır. Ona görə də mütləq eynəklərdən istifadə edilməlidir”.

 

Xəstəliklə mübarizədə torlu qişanın hüceyrələrini qidalandırmaq üçün müxtəlif dərman və ya damcılardan istifadə olunur. Qida rasionunda isə A vitamini ilə zəngin görmə qabiliyyətinin bərpasına kömək edən qidalar - yumurta, pendir, kərə yağı, qaraciyər və tərəvəzlər süfrədən əskik olmamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub