İdman hərəkətləri ürəyin fəaliyyətinə necə təsir edir? - Kardio-fizioterapevt açıqladı
14.04.2022 14:02
Oturaq həyat tərzi və fiziki qeyri-aktivlik bütün dünyada ürək-damar xəstəliklərinin ən başlıca risk faktorudur.
Aztibb.az xəbər verir ki, bu barədə Respublika Diaqnostika Mərkəzinin kardio-fizioterapevti Ülkər Əfəndiyeva məlumat verib.
O, bildirib ki, oturaq həyat tərzi aşağıdakılara səbəb ola bilər:
bütün səbəblərdən ölüm hallarının artması;
ürək-damar xəstəlikləri və xərçəng zamanı ölüm sayının artması;
ürək-damar sistemi xəstəlikləri;
xərçəng və II tip şəkərli diabet xəstəliklərinin başvermə tezliyinin artması.
Fiziki qeyri-aktiv olan şəxslərdə metabolik dəyişikliklərlə əlaqədar olaraq hipertoniya, ateroskleroz, miokard infarktı riski dəfələrlə yüksək olur.
Tədqiqatlar göstərib ki, mütəmadi olaraq fiziki məşq edən insanlarda qəfləti ürək tutmalarının və ya həyat üçün təhlükəli olan digər ürək problemlərinin yaranma ehtimalı daha azdır.
Müntəzəm yerinə yetirilən fiziki məşqlərin faydaları:
- Yüksək qan təzyiqini aşağı salır;
- Şəkərli diabetin yaranma riskini azaldır;
- Sağlam bədən çəkisinin saxlanmasını təmin edir;
- Bütün bədəndə iltihabı azaldır;
- Orqanizm üçün zərəli yağların (triqliseridlərin) qanda səviyyəsinin artmasının qarşısını alır.
Hansı tezlikdə məşq etmək lazımdır?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən son təlimatlarına əsasən, hər bir insan müntəzəm olaraq fiziki məşqlər etməlidir. Böyüklər bir həftə ərzində ən azı 150-300 dəq orta intensivlikli aerob məşqlər etməlidirlər (məsələn, orta sürətli qaçış, yürüş, velosiped sürmək və ya üzgüçülük). Bundan əlavə, sağlam qalmaq üçün, böyüklər, həmçinin həftədə 2 və ya daha çox, bütün əsas əzələ qruplarını əhatə edən orta və ya daha yüksək intensivlikdə əzələ gücləndirici məşqlər etməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

