Azərbaycanlı alimdən İLK: COVID-19-un bütün variantlarına qarşı effektiv peyvənd hazırlayıb
11.04.2022 17:22
Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda dünyada ilk dəfə olaraq COVID-19-un “Omikron” və “Delta” variantları da daxil olmaqla, bütün variantlarına qarşı effektiv qoruyuculuğu təmin edən peyvəndlər hazırlayıb.
Bu barədə Aztibb.az-a professor Tərlan Məmmədov məlumat verib.
T.Məmmədovun sözlərinə görə, hazırladıqları peyvəndlərlə bağlı “Plant-prod uced RBD and cocktail-based vaccine candidates are highly effective against SARS-CoV-2, independently of its emerging variants” ("Bitki əsaslı RBD və kokteyl peyvənd namizədləri SARS-CoV-2-nin bütün variantlarına qarşı yüksək effektivliyə malikdir) adlı hesabat-məqalə “BioRxiv”də (biologiya elminə aid elmi tədqiqatların onlayn arxivi və nəşr edilməsi imkanı təqdim edən sistem) dərc olunub.
Alim qeyd edib ki, hazırda dünyada koronavirusa qarşı istifadə olunan heç bir vaksin “Omikron”a qarşı effektli deyil və bu haqda heç bir məlumat yoxdur. T.Məmmədov "Science" jurnalında nəşr olunan məqalələrə istinadən “hər dozası 30 mikroqramdan ibarət olan 2 doz sintetik mRNT (ümumilikdə 60 mikroqram) tərkibli "Pfizer/BioNTech” peyvəndi “omikron” variantına qarşı effektsizdir və heç bir qoruyuculuğa malik deyil".
Hazırladığımız bitki RBD və kokteyl əsaslı peyvəndlərin “Omikron” ştamına qarşı da effektivliyini sübut etdik”, - deyə T.Məmmədov bildirib və bu elmi nəticələrin "Nature communication" jurnalına göndərildiyini, 2 gün öncə BioRxiv-də nəşr olunduğunu diqqətə çatdırıb: "Beləliklə, biz dünyada ilk dəfə olaraq "Omikron" da daxil olmaqla SARS-CoV-2-nin bütün variantlarına qarşı effektiv olan vaksinlər haqqında bütün dünyaya məlumat verdik".
Alim əlavə edib ki, hazırda bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.
Bu bölməyə aid digər xəbərlər
Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib
24.09.2026 | 16:09
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib
24.09.2026 | 16:00
Tədris Cərrahiyyə Klinikasında molekulyar diaqnostika imkanları genişləndirilir
23.09.2026 | 17:19
Ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib - Tədris Cərrahiyyə Klinikasında
23.09.2026 | 13:56
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
22.09.2026 | 17:07
Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb
22.09.2026 | 17:03
Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
22.09.2026 | 11:36
Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb
22.09.2026 | 11:30
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə Respublika Klinik Xəstəxanasına daxil olunmuş xəstə həyata qaytarılıb
22.09.2026 | 11:21
TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb
22.09.2026 | 10:32
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
15.09.2026 | 12:27
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
15.09.2026 | 14:18
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib
15.09.2026 | 09:00
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Travmatoloq-ortopedi Ramal Həsənov
15.09.2026 | 11:46
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
16.09.2026 | 14:43
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası
15.09.2026 | 16:45
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
17.09.2026 | 09:49
"Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi" adlı seminar keçiriləcək
16.09.2026 | 10:53

