Termometrdə olan 2 qram civə 6 min metrə qədər havanı çirkləndirə bilər
07.04.2022 12:21

Sınmış termometrdən dağılan civə qatı maye halında olur. Həmin maddə asanlıqla xalça və döşəmənin arasına yayılıb yavaş-yavaş buxarlanaraq havanı zəhərləyə bilir. Mütəxəssislər hesab edirlər ki, insan bu hava ilə nəfəs alarsa, civə onun orqanizmində böyrək, qaraciyər və beyində toplanaraq zəhərlənmə yaradır. Civə zəhərlənməsi uzun müddət özünü büruzə vermir. Şüşə termometrin uc hissəsində yerləşən bu cüzi həcmli civə çox təhlükəlidir.

 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov civədən zəhərlənmə daha çox azyaşlı uşaqlar arasında zəhərlənmə halları baş verdiyini deyib: “Çox vaxt uşaqlar şüşə termometrlərin xüsusilə başlığına maraq göstərir və dişləyirlər. Belə olanda onlar şüşə qırıntılarından zədə alır və civəni udurlar. Civə ağır metallara aid olsa da, praktiki olaraq zəhərlənmə vermir. Lakin onun duzları çox ağır toksiki təsirə malikdir və çox ağır zəhərlənməyə səbəb olur”.

 

Ev şəraitində dağılmış civəni yığmaq üçün süpürgə və ya sərt fırçadan istifadə etmək məsləhət deyil. Bu maddənin buxarlanmasının təhlükəli xassələrindən biri onun taxta, divar kağızı və plastik şüşə kimi səthlərə boya kimi hopmasıdır. Ona görə də onun təmizlənməsi üçün 112 qaynar xəttinə zəng edib Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən məsləhət almaq və onların tövsiyələri əsasında zəruri işlər görmək lazımdır.

 

Gümüşü rəngdə olan bu maddə havadan 7 dəfə ağırdır. Termometrdə olan 2 qram civə 6 min metrə qədər havanı çirkləndirə bilər.

 

Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nərgiz Kərimovanın dediyinə görə, isti otaqda civə tez buxarlanır: “Hərarət ölçən cihaz qırılanda mütləq şəkildə civəni otaqdan tamamilə təmizləyərək evin havasını dəyişmək lazımdır. Xoşagəlməz hallarla üzləşməmək üçün elektron termometrdən istifadə etmək daha rahat və təhlükəsizdir”.

 

Civə zəhərlənməsinin əsas əlamətləri ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, qarında kəskin ağrılar və bədən hərarətinin 38-39 dərəcəyədək yüksəlməsidir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub