Həkimdən bayram günlərində fiziki aktivliyi qorumaq üçün 5 VACİB MƏSLƏHƏT
18.03.2022 18:10

Məlumdur ki, ölkəmizdə pandemiya hələ də davam edir. Virusa yoluxmamamq üçün immuniteti gücləndirmək lazımdır. Güclü immunitet isə həm də düzgün, sağlam qidalanmadan asılıdır. Qarşıdan Novruz bayramı gəlir. Hər kəsin bayram süfrəsində şiniyyatlardan tutmuş isti yeməklərə kimi müxtəlif təamlar olur. Bəs bayram günlərində qidalanma zamanı əsasən nələrə diqqət edilməlidir? Bu günlərdə fiziki aktivlik nə dərəcədə önəmlidir?

 

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova  Aztibb.az-ın bu mövzuda suallarını cavablandırıb.

 

Bayram günlərində necə aktiv qalmaq və çəki almamaq olar?

 

Bayramlarda çəki alma problemi demək olar ki, hamımızı narahat edir.

 

Süfrədə gözəl  bayram şirniyyatları, biri-birindən dadlı yeməklər,  normadan artıq evdə oturaq rejimi artıq çəkiyə səbəb ola bilər. Bayramlarda insanlar orta hesabla azı 0,5 kq artıq çəki alır. Çox olmasa da, bu, daha da böyük rəqəm ola bilər və əksər hallarda həmin artıq kilolar getmir. Beləliklə, bayramlar illik çəki artımında əsas rol oynaya bilər.

 

1. Bayramlarda aktiv qalın.

 

Bir çox ailələrdə bayram günlərində evdə oturub televizora baxmaq ya sosial şəbəkələrdə vaxt keçirmək artıq bir vərdişə çevrilir. Nəzərə almalıyıq ki, fiziki passivlik sağlamlığmıza ziyandır.

 

Ən azı yürüş edərək fiziki aktivliyə qatılmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində bildirilir ki, gündə ən azı 30 dəqiqə, həftədə 5 gün fiziki aktivlik olmalıdır. Orta templə yürüş bu aktivliyin bir növüdür. Velosiped sürmək və üzgüçülük də fiziki aktivliyi normada saxlamağa kömək edə bilər.

 

2. Gününüzü planlaşdırın.

 

Hər gün yuxarıda qeyd olunan fiziki aktivliyi planlaşdırın. Əgər siz axşam qonaqlarla süfrə başında oturacaqsınızsa, bu yeməkdən qabaq nə qədər yeyəcəyinizi planlaşdırın.

 

3. Yeməyinizə nəzarət edin.

 

Süfrədə şirniyyatların olması onların həddindən çox istehlakına səbəb ola bilər. Yemək vərdişlərinizə nəzarət edin: ancaq ac olanda yeyin. Şirniyyat əvəzinə meyvə və tərəvəzləri yemək daha faydalıdır.

 

4. Yemək zamanı  başqa işlər görməyin.

 

Əgər yemək zamanı sizin fikiriniz smartfonda ya TV-dədirsə, bu zaman normadan artıq yemək riski çoxalır. Yemək zamanı vaxtı sırf yemək prosesinə ayırmaq, porsiyalara fikir vermək və balaca boşqablardan istifadə etmək vacibdir.

 

5. Yuxu rejiminizə riayət edin.

 

Araşdırmalar göstərir ki, az yatan insanlarda aclıq hissi daha tez yaranır və fiziki aktivliyi daha aşağı olur.

 

Qarşıdan gələn bayramınız mübarək olsun! Sağlam olun!

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər