Sağlam qamət üçün nələrə diqqət yetirilməlidir? - Həkim-fizioterapevtdən TÖVSİYƏLƏR
04.03.2022 12:18

Qamət duranda və oturanda bədənimizin pozisiyasina deyilir. Sağlam qamət isə gündəlik hərəkətlərimizi vücudumuzun minimal yüklənməsi ilə təmin edir.

 

Qaməti formalaşdıran əsas komponent onurğa sütunudur. Arxadan baxanda onurğamız düz xətt kimi görünür. Yan tərəfdən baxsaq, onun qabarıq və çökək zolaqları ilə (təbii lordoz ve kifoz) təbii S-vari forması var. Qamətimizi düz saxlamağa vücud əzələlərimiz kömək edir.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında “Sağlam qamət nədir?” sualını cavablandırıb. 

 

"Biz qamətimizi düz saxlamağa çalısmalıyıq ki, gələcəkdə ağrı, hərəkət məhdudlaşması və digər problemlərlə üzləşməyək”, - deyə bildirən həkim qeyd edib ki, əslində "ideal" qamət yoxdur, sağlam qamət eyni zamanda insan üçün komfortlu olmalıdır.

 

Həkimin sözlərinə görə, bədənimiz yaxşı qamətdə olmayanda bəzi əzələlərimiz qısalır, bəziləri gərilir. O, uzun müddət ərzində yaranır və vücudumuz düz olmayan qamətə öyrəşir. Qısalmış əzələ və onurğanın xırda oynaqların hərəkət həcmi azalır, onlar ağrı mənbələrinə çevrilə bilər və asanlıqla zədələnir.

 

S.Kərimova əlavə edib ki, düz olmayan qamətdə oynaq və əzələlərdə zəiflik və ağrı yarana bilər. Belə halda oynaq və əzələlər zədələnməyə qarşı daha həssas olur. Zamanla bədənimiz düz olmayan qamətə öyrəşir.

 

Həkim, həmçinin qaməti yaxşılaşdırmaq üçün tövsiyələr verib:

 

  1. Ayaqüstə olanda düz durmaq üçün kiçik bir məsləhət: özünüzü hündürboy hiss edin! Bədən yükünüzü hər iki ayaq üzərində bərabər paylamağa çalışın.
  2. Döş sümüyünü bir az yuxarıya doğru aparın, çiyinlərinizi bir az arxaya və aşağı tutun. Yadınızda saxlayın ki, hərəkətlər sizə narahatlıq verməməlidir.
  3. Oturanda və kompüter arxasında çalışanda monitorunuz göz səviyyəsində olsun. Stulunuzun hündürlüyünü düşünün ki, iş görəndə çiyinlərinizi qabağa “yığmağa” ehtiyac olmasın. Dirsəklərinizi bədəninizə yaxın və 90-120 dərəcədə büküb tutun. Bud-çanaq oynağınız da təxmini eyni (90-120) dərəcə bükülmədə olmalıdır.
  4. Hər 20-30 dəqiqədən bir çalışın durun və bir az hərəkət edin. Vücudumuzun əzələ və oynaqları  hərəkət həcmini saxlamalıdır.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində “Düz qamət - sağlam həyat” rubrikasında bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. https://customshospital.az/hekim-mesleheti-duz-qamet/

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub