ATU-nun Tədris Terapevtik Klinikasında növbəti seminar keçirilib
10.02.2022 20:28
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə "Osteogenesis imperfecta" (Natamam osteogenez) mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın Pediatriya şöbəsinin həkim-rezidenti Rəfiqə Şükürlü xəstəlik və müalicə metodları haqqında ətraflı məlumat verib.
Həkim bildirib ki, Osteogenesis imperfecta osteoporozun ən çox yayılmış genetik səbəbi olub, birləşdirici toxumanın generəlizə olunmuş xəstəliyidir. Bətndaxili dövrdə inkişaf edən letal formalardan başlayaraq, yetkin yaşlarda aşkarlanan yüngül formalara qədər mövcuddur: "Tip 1 kollagenin kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində baş verir. Tip 1 kollagen dəri və sümük ekstrasellular matriksinin əsas komponentidir. Patologiya zamanı sümük matriksində defektiv tip 1 kollagen, çoxlu 3 və 4 tip kollagen olur. Sümük hüceyrələrində anormal osteoblast differensiasiyası və sümüyü rezorbsiya edən osteoklastların aktivliyinin artması qeyd olunur. Sümüklər yüngül zədədən qırılır. Ağır formalarda uşaqlar çoxsaylı sınıqlarla dünyaya gəlir. Sınıqlarla yanaşı mavi sklera, karlıq da ola bilər".
R.Şükürlü ökəmizdə bu xəstəliyə çox rast gəlindiyini bildirib.
Onun sözlərinə görə, xəstəliyin bir neçə tipi var. Tip 1-yüngül, Tip 2-perinatal letal, Tip 3-ağır, proqressiv deformasiya edici, Tip 4-orta ağır və s. Natamam osteogenez xəstəliyi genetik xəstəlik olduğuna görə müalicə ancaq simptomatik üsulla aparılır. Bura ştift ilə osteosintez, fizioterapiya, bifosfonat terapiyası, vitamin D3 və kalsiy preparatları daxildir.
Müalicə zamanı ortopedik nəzarətlə yanaşı, fiziki reabilitasiyanın da effektiv olduğunu vurğulayan həkim bildirib ki, bəzi hallarda boy hormonu ilə müalicə sümük histologiyasına müsbət təsir edir: "Bisfosfonatlarla müalicə effektivdir. Pamidronat intra venoz şəkildə 2-3 il ərzində periodik təkrarlanan kurslarla verilə bilər. Bəzi tədqiqatlara görə bu müalicə sınıqları azaltmasa da sümük ağrılarını azaldır, həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir, eləcə də sümük sıxlığının artmasına və fəqərəarası məsafələrin azalmasına səbəb olur".
Sonda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

