Bu xallar insan sağlamlığına təhlükə törədə bilər
22.01.2022 14:56

Xallar dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Onlar quruluşca yastı, dəridən bir balaca hündür, kiçik təpəcik formasında, üstü xırda tükcüklərlə örtülü olur. 

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, əl ilə yoxladıqda xal dəridən bir balaca hündür və üzəri tüklüdürsə deməli onlar orqanizm üçün problemli deyillər. Bundan əlavə, tək rəng və açıq qəhvəyi olan xallardan da qorxmaq lazım deyil. Lakin bir xal dəri səviyyəsində olub tünd, açıq və qəhvəyidirsə, üzərində tük çıxmırsa mütləq dermatoloqa və plastik cərraha müraciət etmək lazımdır.

 

Xallarla bağlı ikinci diqqət etmək lazım olunan məsələ isə, onlardakı dəyişmələrdir. Adətən insan uşaqlıqdan yaranan xallara diqqət etmir və əhəmiyyət vermədiyi üçün xalda dəyişiklik olarsa, bundan xəbərsiz olur. Amma bir az diqqətli olmaq insanın həyatını xilas edə bilər. Xallarda diqqət etməli olan ən önəmli məsələ, əgər xal böyüyürsə, rəng dəyişməsinə məruz qalaraq tək rəngdən cüt rəngli hala çevrilir və qaşınırsa , insan çox sürətlə hərəkət etməli və plastik cərraha müraciət etməlidir. Çünki, bu zaman həmin xallarda xərçəng xəstəliyinin əlamətləri ola bilər.

 

Belə ki, xalları zədəlikdə orada bədxassəli şişlər əmələ gələ bilər. Çünki ət xalları qoparıldıqda, kəsildikdə qoparıldığı yerdə yara əmələ gəlir. Bu yara gün keçdikcə iltihablanaraq qaşınmağa başlayır. Qaşınma nəticəsində yara daha da böyüyür və onun ətrafındakı hüceyrələr zərər görməyə başlayır. Tibbi dildə desək, xallara qıcıqlandırıcı təsir etdikdə orada qanama baş verir, ətrafında iltihab əmələ gəlir və onu melanomaya və ya ölümlə nəticələnən dəri xərçənginə çevirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev