ATU-nun şöbə müdiri: "Peşəkar tibbi briqada qısa müddətdə xəstənin ünvanına çatır"
12.01.2022 15:47
"Əməkdaşlarımız xaricdə beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif treninqlərin sertifikatları ilə təltif olunub".
 
Son illər təcili tibbi yardım xidmətləri bütün dünyada olduğu kimi, ölkəmizdə də sürətlə inkişaf etməkdədir. Azərbaycan Tibb Universitetində aparılan islahatlar, davamlı təhsil sistemi və məqsədyönlü ixtisaslaşma bu xidmət sahəsinin də əsasını təşkil edir.
 
Aztibb.az xəbər verir ki, təcili tibbi yardım sahəsində hazırki vəziyyət, işin təşkili, əsas prinsiplər barədə ATU-nun Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib:
 
“Şöbəmizdə yaradılan tibbi xidmət şəraiti klinikadakı digər şöbələrlə paralel olaraq əhalimizin sağlamlığının keşiyindədir. Burada çalışan yüksək ixtisaslı tibbi heyət ölkəmizin istənilən nöqtəsindən müraciət edən hər bir xəstəyə operativ şəkildə ilkin, sonrakı mərhələdə isə xəstəxana daxilində hərtərəfli tibbi yardım göstərməyə qadirdir”.
 
Şöbənin necə işləməsindən bəhs edən həkim söyləyib ki, çağırış olan zaman həkim briqadası canlı telefon konsultasiyasından sonra xəstəyə müvafiq yardım strategiyasını müəyyənləşdirir:
 
“Qeyd edim ki, burada hər gün 24 saat koordinasiya xidməti fəaliyyət göstərir. Şöbəmiz və ambulanslarımız ən son tibbi avadanlıqlarla təchiz olunub. Vətəndaşlarımız 973 nömrəsini yığmaqla bizim tibbi təhsilli, o cümlədən bir neçə xarici dili bilən koordinatorumuzla əlaqə saxlayır və müraciət qəbul olunduqdan sonra professional tibbi briqada - həkim, tibb bacısı, sürücü (paramedik) qısa müddətdə xəstənin ünvanına çatır”.
 
Şöbə müdirinin sözlərinə görə, burada fəaliyyət göstərən əməkdaşlar xaricdə beynəlxalq təlimlərdə iştirak edib:
 
“Qəbul və təcili tibbi yardım şöbəsindəki həkimlərin əksəriyyəti BLS, ATLS, ACLS, PHTLS treninqlərinin sertifikatları ilə təltif olunub. Bundan əlavə, şöbənin tibbi personalı xəstəxananın digər bölmələrində də praktiki təcrübə keçib.
 
Şöbəmiz öz-özlüyündə kiçik bir xəstəxana - ambulatoriyaya bənzəyir. Burada dünya standartlarına uyğun, ən müasir avadanlıqlarla təchiz olunmuş reanimasiya, xəstələri çeşidləmə, müayinə və müşahidə otaqları, hətta izolyator var. Xəstə klinikaya daxil olan kimi, ona şöbədə bütün növ ilkin və təxirəsalınmaz tibbi yardım göstərilir. Xəstənin vəziyyəti tam stabilləşəndən sonra şöbənin müşahidə otağına və yaxud digər bölmələrə keçirilir”.
 
C.Məhərrəmov onu da qeyd edib ki, hazırki pandemiya şərtlərinə əsasən, daxil olan xəstələr hələ ambulansda olarkən test müayinəsi aparılır. Nəticə “neqativ” olduğu təqdirdə, xəstə şöbəyə yerləşdirilir. Burada, həmçinin planlı şəkildə xəstələrin müayinəsi, ceşidlənməsi, o cümlədən ambulator müalicəsi və ehtiyac yarandıqda, müvafiq şöbələrdə yatışı da həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır