Hamiləlik dövründə bel ağrılarının SƏBƏBLƏRİ - Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu açıqladı
06.01.2022 11:40

Hamiləlikdə ən çox rast gəlinən şikayətlər bel ağrılarıdır. Əsasən hamiləliyin son aylarında meydana çıxan bel ağrısı şikayətləri hamiləlik dövründə bir sıra çətinliklər yarada bilir. Bəs hamiləlik dövründə bel ağrılarının müşahidə olunması normal hesab edilirmisəbəbi nələrdir?

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d. Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə bel ağrıları” mövzusunda danışıb.

 

Həkim bildirib ki, hamiləliyin 5-7-ci aylarında qadınların əksəriyyətində rast gəlinən bel ağrıları hamiləlik sonlandıqdan 1-3 ay sonra aradan qalxmaqdadır. Bel ağrıları hamilələrin 1/3-ində həyat keyfiyyətini poza və xronik hala keçə bilər. Hamiləlikdə ən çox rastlanan çanaq sümükləri ətrafında və ya bel hissəsində olan, əzələ və sümük-oynaq sistemində gərilmə və ya boşalmaya bağlı olan ağrılardır. Hər iki hala birlikdə də rast gəlmək mümkündür.

 

“Hamiləlik zamanı görülən bel ağrıları biomexanik, hormonal, damar və digər mənşəli ola bilər, - deyə bildirən T.Bayramovanın bildirdiyinə görə, aparılan tədqiqatlar zamanı məlum olub ki, bel ağrıları artıq çəki və qarının böyüməsinə bağlı qamət şəklinin dəyişməsi ilə əlaqəli olmayıb, hamiləlikdən əvvəl onurğanın bel hissəsinin deformasiyası olan qadınlarda daha çox müşahidə edilir.

 

O, həmçinin qeyd edib ki, qısa müddət ərzində artıq çəkinin alınması bel ağrılarının yaranmasına səbəb ola bilər. Hamiləlik zamanı uşaqlığın böyüməsi qarın və bel əzələləri arasında qüvvə tarazlığının pozulmasına gətirib çıxara və böyümüş uşaqlığın ağırlığı birbaşa təzyiq edərək ağrı yarada bilər.

 

Həkimin sözlərinə görə, hamiləlik zamanı qanda relaksin, estrogen və progesteron səviyyələri yüksəlmiş olur. Yüksək relaksin səviyyəsi bağ-oynaq aparatında boşalmalara səbəb ola bilər. Estrogen hormonunun miqdarının artması relaksinin təsirini gücləndirərək bel ağrılarının əmələ gəlməsinə gətirib çıxarır.

 

T.Bayramova vurğulayıb ki, böyümüş uşaqlıq aortaya təzyiq göstərdiyi zaman toxumalarda işemiya və metabolik pozulma sahələri yarana bilir ki, bu da bel ağrılarına səbəb ola bilir. Bəzi hallarda iş və psixoloji amillər də bel ağrısı törədə bilməkdədir.

 

D vitamini çatışmazlığı olan hamilələrdə çanaq sümüklərində müvəqqəti yaranan osteoporoza bağlı yumşalma və sınıqlar, əzələ dartılmaları ağrıya səbəb ola bilər.

 

T.Bayramova hamiləlik dövründə bel ağrılarını azaltmağın üsullarından bəhs edib.

 

“Hamiləlikdən əvvəl formada olmaq, qarın və kürək-bel əzələlərinin qüvvətli olması bel ağrıları riskini azaltsa da, çanaq əzələlərindəki ağrını azaltmayacaq. Relaksin hormonunun ifrazı fərdidir, qadınlara görə dəyişir. Bu hormonun artıq ifrazı isə ağrıları artırmış olur”, - deyə həkim vurğulayıb.

 

Həkim, həmçinin hamiləlik dövründə həyat keyfiyyətini yüksəltmək üçün əməl edilməli qaydalardan danışıb:

 

  • Çox kilo almamağa nəzarət etmək lazımdır;
  • D vitamini və kalsium istifadə edilməlidir;
  • Gəzmək lazımdır;
  • Əzələlərdə olan gərginliyi aradan qaldırmaq üçün qaməti düzgün saxlamağa diqqət edilməlidir;
  • Oturma vəziyyəti tez-tez dəyişdirilməlidir;
  • Oturarkən bel yastıqlarından istifadə olunmalıdır;
  • Gecələr arxası üstə yatmaq çətin olarsa, yan üstə yatılmalı və qarnın altına yastıq qoyulmalıdır;
  • Çanaq və beli yora biləcək kəskin hərəkətlər edilməməlidir;
  • Ayaqüstə uzun müddət qalmaq olmaz;
  • Oturma və ayaqüstə qalma müddəti uzun olarsa, bir ayağın altına stul qoyaraq gərgin olan əzələləri boşaltmaq lazımdır;
  • Nəfəs alma və vermə hərəkətlərini etmək lazımdır;
  • Hündür dabanlı ayaqqabı geyinmək məqsədəuyğun deyil;
  • Gün ərzində mümkün olduğu qədər istirahət edilməlidir;
  • Gün ərzində ağrıyan yerə 20 dəqiqədən artıq olmayaraq istilik və massaj tətbiq edilə bilər;
  • Ağrı davam edərsə, həkiminizlə məsləhətləşərək ağrıkəsici istifadə olunmalıdır.
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları