Avropa İttifaqının maliyyələşdirdiyi layihə uğurla həyata keçirilir
09.12.2021 13:33
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasına başlanılıb.
 
Layihə “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
 
Əsas məqsəd ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların də iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsidir. Layihə ilə bağlı fəaliyyətlərin icrasının əlaqələndirilməsi məqsədilə İSİM, ATU, ADHTİ və “Ümidli gələcək” STİB-in nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət işçi qrupu yaradılıb.
 
Layihə çərçivəsində 25 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursunun keçirilməsi, iştirakçıların müvafiq materiallarla təmin olunması nəzərdə tutulub.
 
Digər dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Ümumdünya Səhiyyə Təşkilatı hamiləlik, doğuş və zahılıq dövründə, eləcə də yenidoğulmuşlara qayğı zamanı kişilərin fəal cəlb olunmasını tövsiyə edir. Tarixən ana və uşaqların sağlamlığı ilə tibb işçiləri, ailənin qadın üzvləri məşğul olub. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib.
 
Artıq bu baxımdan antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi mövzusunda tibb işçiləri üçün təlimlərə start verilib. Üç gün davam edən təlimlərdə “Doğum öncəsi qulluqda atanın iştirakının sürətli qiymətləndirilməsi”, “Uşağın gələcək sağlamlığında atanın rolu”, “Kişilərin cəlb olunması üzrə nümunəvi siyasət. ÜST-ün bu sahədə siyasət və təcrübələrlə bağlı tövsiyələri”, “Kişilərin doğum öncəsi qulluqda iştiraki ilə bağlı nəzərə alınmalı risklərin siyahısı”, “Kişilərin hamiləlik dövründə iştirakı və qadınlara psixoloji dəstək” və digər mövzularda təqdimatlar olub.
 
Proqramda ekspert kimi iştirak edən ATU-nun I Mamalıq ginekologiya kafedrasının assistenti Sevinc İsmayılovanın “Doğuşaqədərki dövrdə müayinə üçün gəlişlər. Əsas laborator və radioloji/USQ müayinələr” mövzusunda təqdimatı da təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
Qeyd edək ki, proqramın əsas hədəfi ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotipləri qırmaq, gender əsaslı zorakılığın aradan qaldırılması üçün bərabər hüquq və imkanları gücləndirməkdir. Proqram regional səviyyədə altı ölkədə – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub