ATU-nun şöbə müdiri: Pasiyentlərin bizi seçməsinin əsas səbəbi həkimlərimizin yüksək ixtisaslı peşəkarlar olmasıdır
26.11.2021 15:22
Sağlamlıqlarına biganə qalmayan insanlar müayinə və müalicə üçün harasa müraciət edəndə, ilk növbədə tibbi xidmətin keyfiyyətinə diqqət yetirirlər. Əhaliyə keyfiyyətli tibbi xidmət göstərən müəssisələr içərisində Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarının məxsusi yeri var. Bu klinikalardan biri də Tədris Cərrahiyyə Klinikasıdır ki, fərqli şöbələrində yüksək ixtisaslı peşəkar həkimlərimiz çalışırlar. Xəstə qəbuluna görə klinikanın əsas yükü isə konsultativ Poliklinika şöbəsinin üzərinə düşür.
Şöbənin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Səadət Aşurova bildirir ki, şöbədə cərrahi xidmətlər üstünlük təşkil etsə də, əhaliyə yüksək keyfiyyətli kardioloji, uroloji, pediatrik, nevroloji, endokrinoloji və ginekoloji tibbi xidmətlər də göstərilir. Müraciət edənlər həm stasionar, həm də ambulator müalicə alırlar. Onun sözlərinə görə, şöbədə çalışanların böyük əksəriyyəti ATU-nun professorları, dosentləri və assistentləridir: “Həmçinin kənardan da həkimlər, xüsusilə də şöbəmizdə olmayan sahələr üzrə mütəxəssislər dəvət edirik. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarımızda bütün müayinələr icra olunur. Klinikamıza xəstə axınının başlıca səbəbi burada yüksək ixtisaslı peşəkar həkimlərin çalışmasıdır. Həm Azərbaycan Tibb Universitetini bitirən, həm də xaricdə tibbi təhsil alan həkimlərimizə böyük inam var. Bu inamın nəticəsidir ki, pasiyentlər əksər hallarda klinikamızı, o cümlədən bizim şöbəni seçirlər”.
Şöbədə tibbi xidmət göstərən həkimlərin çoxu gənc kadrlardır. Onlar üçün hər cür şərait yaradılıb, etimad göstərilib. Eyni zamanda ambulator xidmətdən təkcə xəstələr deyil, Tibb Universitetinin tələbələri, rezidentləri də yararlanır, ayrı-ayrı kabinetlərdə müayinədən keçən xəstələr ağxalatlılarla əhatə olunur. Həmin ağxalatlılar ATU-nun yuxarı kurs tələbələri, ixtisas seçimi etmiş rezidentlərdir. Müxtəlif kurslardan istehsalat praktikasına da gəlirlər.
Gələcəyin həkimləri ambulator xidmət zamanı prosesi izləməklə kifayətlənmir, müəyyən prosedurların icrasında da fəallıq göstərirlər. Rezidentlər həm də ambulator sistemdə xəstə qəbul edə bilirlər.
Xəstələr və xəstə yaxınları da onlara göstərilən tibbi xidmətdən məmnundurlar. Onlar ATU-nun klinikasını seçmələrini burada bütün sahələr üzrə ixtisaslı həkimlərin çalışması barədə məlumatlı olmaları ilə əlaqələndirirlər: “Fikirləşdik ki, bura müraciət etsək daha yaxşı olar. Çünki əvvəllər də müraciət edib faydalı məsləhətlər almışıq. Həmişə də razı getmişik. Buradakı müalicə və müayinələr, həkim məsləhətləri bizi qane edir”.
Son dövrlərdə pandemiya səbəbindən stasionar xəstələrin sayının bir qədər azaldığını söyləyən şöbə müdiri qeyd edib ki, bəzi xəstələr birbaşa stasionar şöbəyə yerləşdirilir. Əgər əməliyyat icra olunacaqsa, sonrakı müalicə nəzarətə götürülür.
S.Aşurovanın sözlərinə görə, Poliklinika şöbəsinə ən çox kardioloji problemlərlə bağlı müraciətlər olur: “Bundan əlavə, cərrahi, uroloji, laborator müayinələr yüksək səviyyədə aparılır. Xüsusilə də üz-çənə cərrahiyyəsi, lor, travmatoloji, neyrocərrahi, nevroloji və endokrinoloji kabinetlərə müraciət edənlər çoxdur. Ginekoloji kabinetlərdə də xəstələrimiz az deyil. Xəstələr Poliklinika şöbəsində çeşidlənərək ya ambulator, ya da stasionar şəraitdə müalicəyə cəlb olunurlar. Göz və uşaq cərrahiyyəsi şöbələrinin ambulatoriyaları daha aktiv işləyirlər”.
Şöbə müdiri bildirib ki, xəstələrin əksəriyyəti bir həftəlik müalicə kursundan sonra təkrar müayinələrə gəlir. Həmçinin stasionar şöbədə əməliyyat olunan xəstələr bir müddət ambulator müşahidədə saxlanılır: “Bu da o deməkdir ki, şöbəmizin fəaliyyəti təkcə müayinə və müalicə ilə məhdudlaşmır. Hansısa xəstəliyin yaxın və uzaq nəticələrinin öyrənilməsində Tibb Universitetinin elmi işlə məşğul olan həkimlərinə, rezidentlərinə kömək edə bilirik”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

