Valideynlərin qorxulu yuxusu - İNAQ/Necə mübarizə aparmalı?
23.11.2021 16:26
Əsasən gecə saatlarında anidən tutan bu tərz boğucu, "it hürər tərzi" öskürəklər inaq adlanır (kəskin laringotraxeit). Daha çox 6 ay-3 yaş arası uşaqlarda soyuq aylarda çox rast gəlinir.
Aztibb.az-ın məlumatına görə, həkim-pediatr Günay Rəsulova bu barədə məlumat verib.
Gecə bu səsə vahimə ilə oyanan valideyn ilk olaraq nə etməlidir?
Həkim bildirib ki, boğulan uşaq həyəcanlı və ajiotajda olduğu üçün uşağı sakitləşdirməli, bunun üçün öncə valideyn özü sakit olmalıdır. Uşağı ağlamağa qoymamaldır. Çünki o, ağladıqca inaq və boğulma artır.
Bundan başqa aşağıdakılara diqqət edilməlidir:
- Təcili yardım çağırmalı və ya aparmağa hazırlıq görməli;
- Maşında maksimum soyuq dərəcə temperaturu təmin etməli. İsti peç boğulmanı artıracaq;
- Uşağı yataqdan qaldırmalı və ya başını dik tutmalı;
- Uşağı havaya çıxarmalı və ya soyuq buxara tutmalı (soyuducunun buxarına da ola bilər);
- Evin havasını soyutmalı, nəmləndirməli. İsti havada tıxanma daha da artır. “Uşağa soyuq olar“ deyib, evi isti etdikcə tıxanma, boğulma çoxalacaq;
- Uşağa bol su içirməyə çalışılmalı;
- Qızdırması varsa, dərman verilməli;
- Təcili yardımda, xəstəxana şəraitində boğulması olan uşağa adrenalinli soyuq buxar və steroidlər verilib nəzarətdə saxlanmalı. Bir neçə saata vəziyyəti normallaşan uşağı evə aparmalı, tıxanması keçməyən uşağa isə xəstəxanada nəzarəti davam etdirməli;
- İnaq 90 faiz hallarda virus mənşəli (parainfluenza) olduğu üçün simptomlara uyğun müalicə edilməli, antibiotik verilməməlidir;
- İnaqda ventolinlə inqalyasiya etmək boğulmanı artıra biləcəyi üçün valideynlər həkimlə danışmadan dərmanla inqalyasiya etməməlidir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

