Aİ-ÜST layihəsi üzrə münaqişədən zərər çəkmiş rayonlara 3 günlük missiya təşkil edilib
11.11.2021 13:26

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək göstərmək məqsədilə münaqişədən zərər çəkmiş rayonlara (Bərdə, Tərtər, Ağdam, Füzuli, Ağcabədi) 3 günlük missiya təşkil edib.

 

Aztibb.az xəbər verir ki, nümayəndəlikdən bildirilib ki, COVID-19 pandemiyası dövründə tibb işçilərinin təməl həyat dəstəyi üzrə bilik və bacarıqlarının artırılması olduqca vacibdir. Təməl həyat dəstəyi ilk yardım tətbiq edən şəxslərin, səhiyyə təminatçılarının və ictimai təhlükəsizlik üzrə mütəxəssislərin ürək tutması, tənəffüs çatışmazlığı və ya boğulma kimi hallarda insanı həyata qaytarmaq üçün istifadə etdiyi ilk yardım metodudur.

 

Tibb işçilərinin bilik və bacarıqlarını artırmaq üçün Aİ-ÜST layihəsi 2021-ci il sentyabrın 1-dən etibarən Təməl həyat dəstəyi üzrə təlimlər təşkil edib və bu müddətdə 300 tibb işçisi bu təlimlərdən yararlanıb. Praktik məşğələ ilə keçirilən təlimdə böyüklərdə, uşaqlarda və yenidoğulmuşlarda həyat üçün təhlükə yaradan bir sıra halların operativ şəkildə müəyyən edilməsi, ürəyin qapalı masajının və müvafiq ventilyasiya aparatlarının istifadəsi üçün göstərişlər verilib.

 

Missiya çərçivəsində ÜST, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri təlimləri müşahidə edib və öz tövsiyələrini veriblər. Qeyd edək ki, regionda təlim imkanlarının artırılması məqsədilə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi ilə birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasında yeni təlim mərkəzinin yaradılması müzakirə edilib.

 

Bundan əlavə, tibb işçiləri arasında əl gigiyenası təcrübələrini təkmilləşdirmək üçün ÜST-nin Azərbaycan nümayəndəliyi münaqişənin təsirinə məruz qalmış rayonlardakı 5 tibb müəssisəsini 1000-dən çox dezinfeksiyaedici vasitə (100 ml) və geri çəkilə bilən kəmər klipi ilə təmin edib. Bu dezinfeksiyaedici vasitələr tibb işçilərinin xəstə ilə təmasda olduqdan sonra əlləriniyuma ehtiyacını aradan qaldırır və səyyar şəkildə onları özləri ilə daşımağa imkan yaradır.

 

Seçilmiş xəstəxanalara müxtəlif şöbələrdə əl gigiyenası və əllərin dezinfeksiyaedici vasitə ilə təmizlənməsi ilə bağlı 625 maarifləndirici poster paylanıb, səhiyyə müəssisələrində əl gigiyenasının effektiv həyata keçirilməsi üçün müvafiq tövsiyələr verilib.

 

Səfər zamanı, həmçinin daha əvvəl təhvil verilmiş noutbuk, modem və proqram təminatı münaqişənin təsirinə məruz qalmış rayonlardakı 5 Gigiyena və Epidemiologiya Mərkəzinə çatdırılıb və quraşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır