Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş onlayn konfrans yekunlaşıb
31.10.2021 11:41

29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "ZOOM" platforması üzərindən həyata keçirilmiş və Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və gələcək perspektivlər" mövzusunda onlayn elmi konfrans yekunlaşıb.


Aztibb.az xəbər verir ki, iki gün davam edən konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edib. Açılışda, həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov və Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova çıxış ediblər.


Rəsmi açılış hissəsindən sonra konfransın elmi hissəsi birinci gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Dr. Rəşad Mahmudovun rəhbərliyi ilə “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz”, Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memişin moderatorluğu ilə “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə”, ikinci gün isə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin intervension-radioloqu Dr. Ağakişi Yəhyayevin moderatorluğu ilə “İnsultlu xəstələrə reanimasion yanaşma və kəskin beynin qanaxmaları”, Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimovanın moderatorluğu ilə “İnsult mərkəzi və reabilitasiya” paneli ilə davam edib.

 

300-dən çox mütəxəssisin iştirak etdiyi konfransda ümumilikdə 4 paneldə 13 məruzə dinlənilib, panel müzakirələr və sual-cavab sesiyaları təşkil olunub.


BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nə əsasən III Davamlı İnkişaf Məqsədinin müvafiq hədəfinə nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin icrasına töhfə vermək məqsədilə həyata keçirilmiş onlayn elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 12 DTT balı qazanıb.


Qeyd edək ki, konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən də canlı yayımlanıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib