Professor Süleyman Allahverdiyev Qlobal Enerji Mükafatına layiq görülüb
27.10.2021 11:37

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, professor Süleyman Allahverdiyev alternativ enerjinin inkişafındakı müstəsna xidmətlərinə, xüsusən də süni fotosintez sistemi üçün dizayn, bioenerji və hidrogen enerjisi üzrə elmi əsərlərinə görə “Qeyri-ənənəvi enerji” üzrə Qlobal Enerji Mükafatının 2021-ci il laureatlarından biri kimi təltif edilib.

Bu barədə Aztibb.az-a institutdan bildirilib.

 

Qeyd olunub ki, bu mükafat bütün bəşəriyyətin mənafeyinə uyğun olaraq, Yer kürəsində enerji mənbələrinin daha çox səmərəliliyini və ekoloji təhlükəsizliyini təşviq edən enerji sahəsində mühüm elmi tədqiqatlara və elmi-texniki layihələrə görə verilir. Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq əməkdaşlığın, dövlət və özəl investisiyaların əhəmiyyətini diqqətə çatdırır.

 

IREG Akademik Sıralama və Mükəmməllik Rəsədxanasının məlumatına əsasən, Qlobal Enerji Mükafatı ən nüfuzlu və əhəmiyyətli beynəlxalq mükafatlar arasında “Top 99”da yer alır. 2003-cü ildən indiyə kimi 15 ölkəni (Avstraliya, Avstriya, Kanada, Danimarka, Fransa, Yunanıstan, İslandiya, İtaliya, Yaponiya, Rusiya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və ABŞ) təmsil edən 45 tədqiqatçı Qlobal Enerji Mükafatı laureatı olub.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İSİM-in nümayəndələri
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub
İnsanların nə üçün əcdadlarından təxminən iki dəfə böyük olduğu izah edilib
 Yardımlının Şıxlar və Gölyeri kəndlərində səyyar tibbi müayinə aksiyası təşkil olunub
Düz bağırsağın sallanması nədir?