Səkkiz yaşadək uşaqların sağlam həyat tərzinin təbliğinə xidmət edən EUDİ layihəsi
24.10.2021 14:53

Hər bir uşağın sağlam, fiziki cəhətdən gümrah, mənəvi cəhətdən kamil olması günümüzün vacib məsələlərindəndir. Bu vacib məsələnin həlli üçün, ilk növbədə, ailə, bağça, məktəb, ali təhsil ocaqları, ümumilikdə bütün cəmiyyət var qüvvəsini səfərbər etməlidir. Uşaqları kiçik yaşlarından düzgün tərbiyə etmək, onların əqli və fiziki imkanlarını yüksək səviyyədə inkişaf etdirmək dövlətimizin tərəqqisi və xalqımızın rifahı üçün ən vacib amillərdən biridir.


Aztibb.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi 0-8 yaşlı uşaqların sağlam həyat tərzinin təbliğinə xidmət edir, bu sahədə çalışan təhsil, tibb və sosial xidmətlər üzrə mütəxəssislərin ixtisasca təkmilləşməsinə yardım məqsədi daşıyır. Layihə oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində icra olunur.

 

Layihə iki istiqamətdə – səhiyyə və kommunikasiya istiqamətləri üzrə həyata keçirilir. Səhiyyə hissəsində erkən uşaqlıq dövründə inkişaf üzrə onlayn resurs mərkəzinin – EUDİ portalının yaradılması, kommunikasiya hissəsində isə ictimai maarifləndirmə kampaniyasının aparılması nəzərdə tutulub.
EUDİ portalının yaradılmasında əsas məqsəd müxtəlif sahələrdən olan mütəxəssislər arasında şəbəkənin yaradılması, uşaq inkişafı üzrə təlimlərin keçirilməsi və paralel olaraq bu mütəxəssislərin dəstəyi ilə valideyn-uşaq münasibətlərinin düzgün formalaşmasına dəstək verməkdir.

 

Portal zəngin və çoxşaxəlidir. Portalın məzmunu yüksəkixtisaslı mütəxəssislər tərəfindən elmi-tədqiqatlara əsasən hazırlanır. İstifadəçilər portalda qeydiyyatdan keçərək çoxsaylı resurslardan istifadə edə bilərlər.

 

Maarifləndirmə sahəsində artıq bir çox işlər görülüb. Belə ki, müxtəlif sosial şəbəkə platformalarında (feysbuk, instaqram, yutub) səhifələr yaradılıb, ötən müddət ərzində bu səhifələr üzrə EUDİ mütəxəssislərinin dəstəyi ilə yüzlərlə məlumatlandırıcı postlar paylaşılıb, valideynlərin maarifləndirilməsi yönündə interaktiv canlı yayımlar təşkil edilib.

 

Bundan əlavə, hədəf regionlarda – Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında yerli icra orqanlarının və maraqlı tərəflərin dəstəyi ilə mütəxəssislərin maarifləndirilməsini təmin etmək üçün təlim proqramları təşkil olunub, tematik tədbirlər həyata keçirilib.

 

2019-cu ildə start götürən layihə “Uşaqlar gələcəyimizdir” devizi altında xalqımızın gələcəyi olan uşaqların sağlam yetişməsi üçün fəaliyyətini uğurla davam etdirir. Layihənin 2021-ci ilin sonunda tamamlanması planlaşdırılır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib