"Kortəbii edilmiş masaj xeyrindən çox zərər verə bilər" - Həkim-fitoterapevt mühüm məqamlara aydınlıq gətirdi
21.10.2021 12:31
Dünyada edilən masajların 90%-i tibbi masajdır və Avropada həkimlər masajı resept kimi yazırlar. Masaj bir müalicə formasıdır və necə gəldi, kortəbii edilmiş masaj xeyrindən çox zərər verə bilər. 
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb. Həkimin fikrincə:
 
- Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəciklərin geriyə sorulması baş verir və bununla da ürəyimizin işini həddindən artıq rahatlandırır.
- Masaj zamanı bədəndə xoşbəxtlik hormonları çoxalır, ağrılar azalır və ən əsası insan stresdən uzaqlaşır, yuxusu dərinləşir.
- Masaj əzələlərin qanla təchizatını yaxşılaşdırır, bununla da əzələ qıcolmalarını aradan götürür.
- Sinir inervasiyasının pozulması nəticəsində ayaqlarda, qollarda nazikləşmələr baş verir, bu zaman masaj ən səmərəli müalicə vasitəsidir.
- Masaj piylərin əridilməsinə səbəb olur, məsələn, qarının, kürəkaltı piylərin və s. həddindən çox önə çıxması zamanı masaj faydalıdır.
- Sellülitlərin yox edilməsi üçün də masaj faydalıdır.
- Bütün bədənin başdan-başa ən azı saat yarım masaj edilməsi insanın immunitetini artırır, ürək-qan-damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur.
 
Həkimin sözlərinə görə, masaj həm quru, həm də müxtəlif yağlarla edilə bilər. Əgər masaj zamanı dəri sorulmasının artmasını nəzərə alsaq, onda tam təbii yağlarla masaj daha səmərəli olar: "Məsələn, sızma zeytun yağı ilə tərkibində neft mənşəli yağlarla duru parafinlə masajı məsləhət görmürəm, çünki belə yağlar dərimizdən daxilə sorulur və damar tıxanmalarına səbəb olurlar. Masaj əvvəlcə sığallama, sonra çimdikləmə, sonra səthi olaraq təzyiq, sonra burma, sonra vurma və yavaş-yavaş döycələməni artırma, sonra əlin içi ilə şillələmə, növbəli barmaqlarla döyəcləmə və geriyə həyata keçirilir. Masaj birdən-birə, dərindən edilməməlidir. Əvvəlcə səthi, sonra yavaş-yavaş dərinləşməli və sonda yenə səthiləşməlidir. Masajın sonunda dəri qızarmalıdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev