Bu məcun bütün növ qəbizliyə çarədir - Həkim-fitoterapevt
15.10.2021 17:11

Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bütün qəbizliklərdə faydalı resept təqdim edib. Onun sözlərinə görə, bu reseptlə bərabər, gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada yeyin-yeyin gəzmək lazımdır. Bu, həm müalicənin effektini artırır, həm də nəinki qəbizlikdən əziyyət çəkənlərə, ümumiyyətlə bütün insanlar üçün faydalıdır.

 

Məcun üçün:

 

Əncir qurusu – 500 qram;
Gavalı qurusu – 500 qram;
Qoz ləpəsi – 300 qram;
Bal – 1 stəkan;
Rafinə olunmamış zeytun yağı – yarım stəkan.

F.Hüseynov bildirib ki, qarışımın hazırlanması üçün əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunaraq qarışdırılır:

 

"Məcundan istifadə etmək üçün dəqiq qayda yoxdur. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Belə ki, əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz".

 

Fitoterapevtin sözlərinə görə, məcun faydalı qida olmaqla yanaşı, arıqlamaq istəyənlər üçün də effektivdir. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur. Onun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəliyiyndə də yeyilməsi faydalıdır. Məcun astma bronxit xəstələri üçün də effektlidir. Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyirlərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev