AQTA maarifləndirir: Dabaq xəstəliyi və onunla mübarizə üsulları
12.10.2021 15:40
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə dabaq xəstəliyi haqqındadır.
 
Aztibb.az xəbər verir ki, dabaq xəstəliyi heyvan sağlamlığına mənfi təsir göstərən xüsusi təhlükəli, transsərhəd, yoluxucu virus xəstəliyidir. Xəstəlik iqtisadi itkilərlə, o cümlədən süd və ət məhsuldarlığının azalması, reproduktiv fəaliyyətin zəifləməsi və heyvanın ölümü ilə nəticələnir. Xəstəliyə nəzarət və onun ləğvi üzrə tədbirlərə sərf olunan maddi vəsait, həmçinin heyvan və heyvan mənşəli məhsulların ixrac və idxal prosesində tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatında zərərlərə səbəb olur.
 
Azərbaycan Respublikası ərazisində dabaq xəstəliyi sonuncu dəfə 2001-ci ildə qeydə alınmışdır. Qeyd edək ki, son 10 il ərzində həyata keçirilən seromonitorinqlərin nəticələrinə əsasən, heyvanlar arasında xəstəlik halları aşkar edilməmişdir. İndiyə qədər ölkədə dabaq virusunun 4 serotipi - O, A (A7 və A22 serovarları), SAT-1 və Asiya-1 qeydə alınmışdır.
 
Qeyd edək ki, respublikamızda qonşu ölkələrlə (Rusiya, İran, Ermənistan, Gürcüstan və Türkiyə) həmsərhəd bölgələr, heyvan bazarları və heyvanların mövsümi miqrasiya marşrutları yüksək risk əraziləri kimi müəyyən edilmişdir.
 
Dabaq xəstəliyi baş verdiyi təqdirdə xəstəliyin aradan qaldırılmasında yoluxmuş heyvanların məhv edilməsi böyük əhəmiyyət kəsb edir. Dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi məqsədilə qəbul edilmiş Proqressiv Nəzarət Yolu (PCP) qlobal və strateji əhəmiyyətə malikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev