Artritə daha çox gənclərdə və orta yaşlı insanlarda rast gəlinir - Travmatoloq-ortoped
12.10.2021 15:54
Təəssüf ki, iltihab mənşəli, birləşdirici toxumanın xəstəliyi olan artritə daha çox gənclərdə və orta yaşlı insanlarda rast gəlinir. Bu xəstəliyin səbəbi məlum deyil, profilaktikası yoxdur. Artrit zamanı insan orqanizmi ayrı-ayrı toxuma və üzvlərdəki komponentləri qəbul etmir. Xəstəlik inkişaf etdikcə immunitet aşağı düşür. Deməli, artritə qarşı ən yaxşı tədbir – immunitetin möhkəmləndirilməsidir.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkimi, travmatoloq-ortoped Müseyib Əhmədov “Artrit xəstəliyindən necə qorunmaq olar?” sualını cavablandırıb.
Həkimin sözlərinə görə, son illər artrit ən çox yayılmış oynaq xəstəliklərindən biri olub, oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, xəstənin hərəkətləri məhdudlaşır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarmasıdır. Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növündən əziyyət çəkir.
Artrit xəstəliyinə tutulmuş insanlar hətta soyuqladıqda belə, immunitet aşağı düşür. Ona görə də artritin qarşısını almaq üçün sağlam həyat tərzi keçirmək məsləhət görərdim. Düzgün və sağlam qidalanma, iş rejiminin düzgün qurulması, yorğunluqdan və stressdən uzaq olmaq, siqaret çəkmək və alkoqollu içkilərdən müntəzəm istifadə etməkdən imtina etməklə artritin qarşısını almaq mümkündür.
Hazırda artritin müalicəsində ambulator müayinədən istifadə edilir. Artritlərdə müalicənin nəticələrinin proqnozu müsbətdir.
Əsrimiz texnika və texnologiyalar əsridir. İnsanların çoxu artıq oturaq həyat tərzinə öyrəşib. Bütün günü kompüter arxasında oturan insanlarda da bu xəstəliyin yaranması təsadüfi deyil. Hərəkətsizlikdən qan dövranı pisləşir, bu da maddələr mübadiləsinin pozulmasına, bir sıra xəstəliklərin, o cümlədən artritin əmələ gəlməsinə səbəb olur.
Ona görə də ofislərdə işləyən insanlar hər bir saatdan bir kompüterin və ya yazı masasının arxasından qalxmalı, yüngül fiziki hərəkətlər etməlidirlər.
"Çəkinizi daim nəzarətdə saxlayın. Artıq çəki təkcə artrit deyil, digər xəstəliklərin də yaranmasına yol açan bir amildir. İndi payız fəslidir. Adətən yaz-payız aylarında da iltihabi xəstəliklər baş qaldırır. Ona görə də, məsləhət görərdim ki, mövsümə uyğun geyinib özünüzü soyuğa verməyəsiniz, sağlam həyat tərzi keçirin və iltihabi xəstəliklərdən özünüzü qoruyun", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 | 13:31
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

