Boyun ağrılarından əziyyət çəkməmək üçün bunlara ƏMƏL EDİN
12.10.2021 13:46
Uzun müddət eyni mövqedə və ya pozisiyada qalmayın: texnologiyanın inkişaf etdiyi bir dövrdə istər evdə, istərsə də işdə günümüzün böyük hissəsini kompüter və ya smartfon başında keçiririk. İşdə və ya evdə gün ərzində oturaq vəziyyətdən yayınıb, hər 20-30 dəqiqədə bir az hərəkət etsəniz, boynunuzun sağlam olmayan vəziyyətdə uzun müddət qalmasının qarşısını ala bilərsiniz.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov boyun ağrılarının qarşısını almaq üçün önəmli məsləhətlər verib.
 
Həkim bildirib ki, erqonomikaya diqqət yetirmək lazımdır: kompüterin ekranını göz səviyyəsində yerləşdirin və mausu isə əlinizin uzanmaq məcburiyyəti olmayacaq qədər uzaq tutun. Klaviatura və maus istifadə edərkən biləklərinizin açıq vəziyyətdə olduğundan əmin olun:
 
"Mobil cihazlarınızdan istifadə edərkən: telefonla danışarkən qulaqlıqdan istifadə edin və ya səsgücləndiricini açın. Planşeti gövdənizin bükülmüş vəziyyətində və ya başınızın aşağıya doğru əyilmiş vəziyyətdə istifadə etməyin.
 
Eynəyinizi hər il yoxladın: eynəkdən istifadə etmək məcburiyyətindəsinizsə, gözünüzün görmə səviyyəsini hər il yoxladın. Belə ki, görmə qabiliyyətinizdə problemlər olan zaman və ya eynəyinizin ölçüsü düzgün olmadıqda, oxuyarkən boynunuzu oxuduğunuz vasitəyə doğru qeyri-ixtiyari əymək məcburiyyətində qalacaqsınız. Bu da boyun əzələlərinizin gərginləşməsinə səbəb olacaqdır.
 
Yastıq istifadə edərkən: sərt və yüksək yastıqlardan çəkinin. Yastıqsız yatmaq da yaxşı deyil. Yana doğru yatarkən boynunuzun yatağa paralel olmasını təmin edəcək hündürlükdə və orta sərtlikdə yastıqlardan istifadə edin.
 
İdman edərkən: boynumuzu zorlayacaq hərəkətlərdən çəkinin, xüsusən "Upright Row" və "Up Pul Down" hərəkətləri. Digər hərəkətləri də etməklə həddindən artıq boynunuzu yükləməkdən çəkinin.
 
Yuxu keyfiyyətinizə diqqət yetirin: yuxu pozğunluqları skelet-əzələ sistemində ağrıya səbəb ola bilər.
 
Susuz qalmayın: doğulduğumuz zaman onurğamızda fəqərələrarası disklərin təxminən 80% sudan təşkil olunur. Yaşlandıqca disklərin su tərkibi azalır və disklər yastılaşır. Hər gün kifayət qədər su içmək bütün bədənimiz üçün faydalıdır.
 
Maqnezium tərkibli qidalar: boyun ağrısının böyük əksəriyyəti əzələ gərginliyi və ya əzələ spazmından qaynaqlanır. Maqnezium əzələlərin rahatlamasına kömək edir. Meyvə, tərəvəz, soya, lobya və taxıl maqneziumla zəngindir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev