Ömürlük içilən həblər - Həkim-kardioloqun TÖVSİYƏLƏRİ
12.10.2021 11:09
Çox vaxt ürək xəstələrinə müalicə təyin etdikdə "özümü dərmana öyrəşdirmək istəmirəm, ömürlük içməliyəm?, dərmansız müalicə yoxdurmu?, dərmanı 1 ay içib sonra saxlasam olmazmı?" və s. kimi suallar verirlər.
 
Aztibb.az xəbər verir ki, həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru İlahə Ağayeva bu barədə maarifləndirici məlumat paylaşıb. 
 
Həkim qeyd edib ki, ürək dərmanları həyati vacib dərmanlar olduğundan və ürək xəstəlikləri ömür boyu davam etdiyindən həkimlə məsləhətləşmədən müalicədə istifadə edilən dərmanların dayandırılması və ya dəyişdirilməsi düzgün sayılmır.
 
Ürək damarlarının daralması ilə ortaya çıxan koronar arteriya xəstəliyi ən çox görülən ürək xəstəliyidir. Bu xəstəlik xroniki bir xəstəlikdir. Əməliyyat və ya stent tətbiq olunsa belə, ürək damarlarının daralmasına və ya tıxanmasına səbəb olan əsas xəstəlik prosesi davam edir. Bu prosesi ləngitmək üçün dərman qəbulu mütləq lazımdır:
 
"Eləcə də, miokard infarktı keçirmiş bir adamın, heç vaxt keçirməmiş bir insandan təkrar infarkt keçirmə riski daha yüksək olduğundan, dərmanlarını düzənli və davamlı olaraq istifadə etməsi çox vacibdir.
 
Digər olduqca geniş yayılmış bir ürək xəstəliyi ürək çatışmazlığıdır. Bəzi ürək çatışmazlığı növləri istisna olmaqla, böyük əksəriyyəti ömürlükdür və ömürlük dərman müalicəsi tələb edir. Ürək xəstəliklərindən danışdıqda qapaq xəstəlikləri, anadangəlmə ürək xəstəlikləri və ritm pozğunluqlarını da, diqqətdən kənar qoymaq olmaz. Qapaq xəstəliklərinin əksəriyyətinin mexaniki protez qapaq dəyişdirilməsi ilə müalicə olunduğunu nəzərə alsaq protez qapaqları olan xəstələr, mexaniki protez qapağın laxtalanmaması üçün ömrü boyu qan sulandırıcı almalıdırlar. Bəzi anadangəlmə ürək xəstəlikləri və bəzi ritm pozğunluqlarının müəyyən müalicəsi var, lakin sağalmayan xəstəliklər ömürlük dərman müalicəsi zəruri edir".
 
Kardioloq əlavə edib ki, eyni səbəbdən yüksək qan təzyiqi ömürlük müalicə tələb edir. Təzyiq salan dərmanları istifadə edildikcə qan təzyiqi azalır, lakin dərman kəsildikdə qan təzyiqi yenidən yüksələ bilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev