Professor Tamerlan Əliyevin 100 illik yubileyi qeyd olunub
06.10.2021 14:28
Oktyabrın 6-da Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan tibb elminin və səhiyyəsinin parlaq nümayəndələrindən biri, professor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Tamerlan Əliyevin məzarını ziyarət edib, məzarı üstünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Yubiley tədbiri ATU-da “Təbabətin aktual problemləri: 2021” mövzusunda elmi-praktik konqreslə davam edib.
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev konqresi giriş sözü ilə açaraq görkəmli alimin 100 illik xatirə yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi dogma universitetin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi keçdiyi şərəfli ömür yolunun hər kəs üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev onun ömrünün sonunacan öz gücünü və bacarığını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, atasının yolunu davam etdirən T.Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya kafedrasında çalışıb. 1945-ci ildən isə əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunun Fakültə terapiyası kafedrası (indiki Daxili xəstəliklər kafedrası) ilə bağlayıb.
Teymur Musayev qeyd edib ki, Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirib.
Çıxışının sonunda o, beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıb.
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək böyük alimin həyatı və elmi fəaliyyəti, tibb elminə verdiyi töhfələr barədə ətraflı məlumat verib.
Professor G.Gəraybəyli görkəmli alimin respublikamızda əsası Fakültə terapiyası kafedrasının professorları K.Yeqorov və İ.Orucov tərəfindən qoyulmuş tibbi problem - endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən danışıb. Eyni zamanda, Tamerlan Əliyevin ölkəmizdə endokrinologiya və kardiologiya elminin inkişafına təkan verdiyini, 10 ilə yaxın müddət ərzində Respublika Endokrinologiya Cəmiyyətinin sədri olduğunu xatırladıb.
Vurğulayıb ki, alimin iştirakı və səyi nəticəsində 1975-ci ildə 4 N-li Klinik Xəstəxananın bazasında 90 çarpayılıq Endokrinoloji şöbə yaradılıb: “O vaxtdan bu şöbədə Fakültə terapiyası kafedrasının əməkdaşları şəkərli diabeti olan xəstələrin mərkəzləşdirilmiş formada müalicə və profilaktikasına dair əsaslı elmi işlər aparıblar. Tamerlan Əliyevin Fakültə terapiyası kafedrasına rəhbərlik etdiyi dövrdə Bakı şəhərinin müxtəlif klinika və poliklinikalarından, rayonlardan və hətta bəzi xarici ölkələrdən (İran, Suriya, Türkiyə) bu kafedraya endokrinologiya sahəsində təkmilləşmə məqsədilə həkimlər ezam edilirdi”.
Tamerlan Əliyevin müharibə illərindəki fəaliyyətinə də toxunan rektor onun hərbi hospitalda işləyərək, yaralı əsgərlərə tibb xidmət göstərdiyini xatırladıb.
Görkəmli alimin milli kadrların hazırlanmasında və elmin inkişafında xüsusi rolunu önə çəkən professor G.Gəraybəyli qeyd edib ki, onun rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanıb. Tamerlan Əliyevin yetirmələri hazırda müxtəlif kafedraların rəhbərləri, endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.
Rektor qeyd edib ki, professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və 1 dərsliyin müəllifi idi. Bu monoqrafiyaların bir neçəsi xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı ilə təltif edilib. Alimin “Endokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik olub.
Professor G.Gəraybəyli böyük alimin Azərbaycanda tibb elminin və səhiyyəsinin inkişafındakı xidmətlərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini, onun orden və medallarla, fəxri fərmanlarla təltif edildiyini diqqətə çatdırıb. Xatırladıb ki, T.Əliyev 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə, Respublikanın Dövlət Mükafatına layiq görülüb.
"Tamerlan Əliyevin bizlərə qoyub getdiyi elmi irsi, xeyirxah əməlləri yaşayır və yaşayacaq, daim tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq, yeni uğurların bünövrəsi olacaq", - deyə rektor bildirib.
Daha sonra Tamerlan Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov Tamerlan Əliyevin Azərbaycan tibb elminin, səhiyyəsinin inkişafındakı xidmətlərindən danışıb və görkəmli şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, son dərəcə sadə, təvazökar, obyektiv, həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyevin yubileyləri gələcəkdə də qeyd ediləcək, onun gəncləri elmə həvəsləndirən mütərəqqi ideyaları diqqətlə öyrəniləcək və həyatda daim öz tətbiqini tapacaqdır. Yazdığı əsərlər, tarixə çevrilmiş zəngin irsi bütün zamanlarda onu yaşadacaqdır.
Tədbirdə Türkiyə Qazi Universitetinin rektoru, professor Musa Yıldız və Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Martınovun videomüraciətləri dinlənilib.
Sonda görkəmli alimin ailə üzvləri adından çıxış edən akademik Cəmil Əliyev qardaşının xatirəsinə göstərilən böyük ehtirama görə konqresin təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 11 beynəlxalq universitet və cəmiyyətlərdən nümayəndələrin qatıldığı konqresin işi üç gün müddətində tibbin və təbabətin aktual problemlərini əhatə edən 32 simpoziumla davam edəcək.
Bu bölməyə aid digər xəbərlər
ATU-da II Pediatrik Otorinolarinqologiya konfransı keçirilib
03.07.2026 | 15:47
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP "London İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində tədbir təşkil edib
03.07.2026 | 14:20
ADHTİ-nin Etik Komitəsi yeni tərkibdə fəaliyyətə başlayıb
03.07.2026 | 09:38
Səhiyyə naziri BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüşüb
02.07.2026 | 09:08
Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər
01.07.2026 | 14:37
Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
01.07.2026 | 12:49
Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin elmi irsindən danışılıb
01.07.2026 | 11:31
Bakıda Asiya üzrə Beyin və Neyroelm Konqresi keçirilib
30.06.2026 | 12:22
Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib
26.06.2026 | 09:48
Rəşadət Nabatov 38 vətəndaşın müraciətini dinləyib
24.06.2026 | 14:45
ÇOX OXUNANLAR
Azərbaycanda transplantasiyanın tarixi
30.06.2026 | 09:13
Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib
26.06.2026 | 13:09
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
29.06.2026 | 12:19
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
26.06.2026 | 17:17
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
24.06.2026 | 08:59
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
24.06.2026 | 11:45
ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub
26.06.2026 | 10:29
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
28.06.2026 | 11:10
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
27.06.2026 | 13:26
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Tibb elmləri doktoru Fuad Qaraqurbanlı
26.06.2026 | 12:44
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
25.06.2026 | 10:40
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
27.06.2026 | 16:48
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
30.06.2026 | 15:53
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
27.06.2026 | 09:47
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
24.06.2026 | 12:32

