Bağırsaqları cavanlaşdırmaqla ömrü uzatmağın 4 ÜSULU - TƏDQİQAT
06.10.2021 11:05

Yaşlanma prosesinin qarşısını almaq üsullarını axtaran tədqiqatçılar çoxdandır ki, həyat tərzinin yaxşılaşdırılmasının sağlamlığa təsir edə biləcəyini iddia edirlər. Tədqiqatlar göstərib ki, uzunömürlülüyün sirləri bağırsaqlarla bağlı ola bilər, çünki, o, bir çox xəstəlik törədən mikroblarla mübarizə aparmağa kömək edir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, Siyetldə yerləşən Sistem Biologiyası İnstitutunun tədqiqatçılar qrupu aşkar edib ki, bağırsaqların mikrobiomu yaş ötdükcə daha da müxtəlif və unikal olur. Müəlliflər sağlam qocalmaya imkan yaradan üç əsas bakteriya aşkar ediblər. Onlar bağırsaqlarda Bacteroides cinsindən olan daha az bakteriya, iltihabın azaldılması, şəkər və yağ metabolizmasının yaxşılaşması və bədən quruluşunun arıq tipi ilə əlaqəli olan Akkermansia və Christensenella cinsindən isə daha çox bakteriya müşahidə ediblər.

 

Dörd addım bağırsaqları uzun ömür sürməyə imkan yaradan bakteriyalarla zənginləşdirməyə kömək edə bilər:

 

Tərəvəzlər

 

Xüsusilə müəyyən şəkəri özündə saxlayan yarpaqlı göyərtilər sağlam bağırsaq bakteriyalarının artmasına imkan yarada bilər.

 

Qıcqırdılmış məhsullar

 

Bu yaxınlarda aparılmış tədqiqatlar göstərib ki, qıcqırdılmış məhsullar bağırsaqlarda yaşayan trilyonlarla bakteriyanın tərkibini dəyişdirə bilər. Sübut edilib ki, yoğurt, kefir, turşu kələm, kimçi və çay göbələyi kimi məhsullar bütün orqanizmdə iltihabın səviyyəsini aşağı salır.

 

Probiotiklər

 

Bazarda əlçatan olan qida əlavələrinin əksəriyyəti Lactobacilli və Bifidobacter ailələrindən olan bakteriyaları özündə saxlayır. Onlar mədənin turş mühitində sağ qala bilirlər.

 

Prebiotiklər

 

Əlavələr kimi prebiotiklərin qəbulu bağırsaqlarda olan, infeksiyalarla mübarizə aparmağa kömək edən immun sistemini möhkəmləndirməyə şərait yarada bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev