Az kalorili, çox xeyirli tərəvəz - BROKOLİNİN FAYDALARI
05.10.2021 16:53

Brokoli artıq uzun zamandır ki, artıq çəki ilə mübarizə məhsulları arasında çox istifadə olunanlardandır.

 

Aztibb.az xəbər verir ki, bu məhsulu bişirmə üsulları müxtəlifdir: suda qaynatmaq, qızartmaq, suxari, mayonez və souslarla ilə əzilmiş formada yemək mümkündür.

 

Brokoli vitamin və mineralların mənbəyi sayılan tərəvəzlərdən biridir. Tərkibində yüksək miqdarda C vitamini, fol turşusu, selülloz və beta-karotinindən əlavə, antioksidantlar və digər xeyirli maddələr ürək damar və xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Bütün bu yaxşı cəhətlərilə bərabər, brokoli dadlı, rahat hazırlanan və demək olar ki, təmamilə kalorisiz məhsuldur.

 

C, PP, K, U vitaminləri və beta-karotinin mənbəyi sayılan bu tərəvəzin tərkibində olan askorbin turşusu (C vitamini) sitrus meyvələrində olduğundan 2.5 dəfə çoxdur.

 

Tərkibində olan beta-karotinin miqdarına görə isə (A provitamini - gözəllik və yaxşı görmə qabiliyyəti vitamini), brokoli bu vitamini mənbəyi sayılan kök və balqabaqdan daha ön sıralardadır.

 

Bundan əlavə, brokoli tərkibində U vitamini olan tərəvəzlərdən yalnız qulançardan geri qalır.

 

Mineral maddələr gəldikdə isə brokoli, tərkibində olan kaliy, kalsiy, fosfor, natriy və dəmirin sayına görə yalnız gül kələmi ilə rəqabət aparır, zülal və mineral duzların miqdarına görə isə onu geridə qoyur.

 

Yüksək miqdarda olan fizoloji aktiv maddələr sayəsində, bu məhsul ürək çatışmazlığı və sinir sistemi pozğunluqları olan insanlara məsləhət görülür. Tərkibində olan xlorofil qanın tərkibinə müsbət təsir edir. Bundan başqa, brokoli kələmi ən yaxşı antisklerotik vasitələrdən sayılır.

 

Az zamandır ki, bu məhsulun həmçinin xərçəngin profilaktikası üçün əla vasitə olduğu da məlum olub. Mütəxəssislərin araşdırmaları əsasında məlum olub ki, brokolinin tərkibində mədə yarası yaradan bakteriyaları öldürən və bu orqanda xərçəngin yaranmasına mane olan xüsusi sulfarofan maddəsi vardır. Sulfarofan hətta antibiotiklərin təsir edə bilməyəcəyi bakteriyaları belə öldürə bilir.

 

Sağlamlığınıza biganə deyilsinizsə, həm bu qədər xeyirli, həm də demək olar ki, 0 kalorili bu məhsulu qida rasionunuza daxil etməyiniz məsləhət görülür.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
“Həkimlərimizi tanıyaq!” rubrikası: Travmatoloq-ortoped Elvin Əsədov
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib