Payız mövsümündə tənəffüs infeksiyalarından necə qorunmalı?
05.10.2021 15:27

Hər il havalar soyuduqda, payız və qış aylarında tənəffüs infeksiyalarına yoluxma halları da artır. Buna səbəb həmin infeksiyaların yayılması üçün əlverişli şəraitin yaranmasıdır. Soyuq aylarda həm insanların sıx şəkildə, qapalı məkanlarda daha çox olması, həm də orqanizmin immun qabiliyyətinin zəifləməsinə səbəb olan hallar, məsələn soyuqlama, avitaminoz və s. tənəffüs infeksiyalarına yoluxmanın artmasına səbəb olur.

 

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov payız mövsümündə artan tənəffüs infeksiyaları, o cümlədən koronavirus infeksiyası ilə mübarizə tədbirləri haqqında fikirlərini bildirib.

 

Kafedra müdirinin sözlərinə görə, ölkəmizdə COVID-19-la bağlı müsbət tendensiya müşahidə olunsa da, bu, arxayınlaşmağa heç bir əsas vermir: “Hazırda tənəffüs infeksiyaları arasında ən aktual olanı COVID-19 infeksiyasıdır. Həmin infeksiya ilə mübarizədə hər kəs həmrəy olmalıdır. Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı müsbət dinamika müşahidə olunur. Müsbət tendensiyanı saxlamaq üçün xüsusilə, hazırkı karantin qaydalarının yumşaldılması və təmasların çoxalması dönəmində arxayınlaşmaq olmaz. Qaydalara ciddi riayət olunmalı, qapalı məkanlarda qoruyucu maskalardan istifadə edilməli və sosial məsafə qorunmalıdır. Bununla yanaşı, orqanizmin immun qabiliyyətinin də əhəmiyyəti böyükdür. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq söylənildiyi qədər asan deyil. Yoluxanların hamısı xəstələnmir və ya xəstəliyi eyni ağırlıqda keçirmir. Burada xəstənin yaşı, xroniki xəstəliklərinin olması ilə yanaşı, zərərli vərdişlər, soyuqlama, sinir-psixi pozuntular, qeyri-normal gün rejiminin də təsiri var. Ona görə də yoluxmadan qorunmaqla bərabər, orqanizmin immun qabiliyyətinin artırılmasına da - normal qidalanma, normal yuxu rejimi, idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq olmaq, vaksinasiyaya və s. fikir vermək lazımdır. İnfeksiyalarla mübarizədə vaksinasiyanın rolu danılmazdır. Doğrudur, heç bir vaksin xəstəlikdən tam qorumur. Koronavirus əleyhinə vaksinasiya yoluxduqda xəstəliyin yüngül keçməsinə və ağırlaşmaların qarşısının alınmasına səbəb olur.

 

Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, vətəndaşlarımız koronavirus infeksiyasına yoluxmanın təyini, müalicəsi və profilaktikası üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə ki, gərək olub-olmamasından asılı olmayaraq döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası, müxtəlif venadaxili infuziyalar, çoxsaylı dərman preparatları, o cümlədən antibiotiklər və s. istifadə edilir. Belə qeyri-düzgün yanaşmalar bir çox hallarda xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Ona görə də həkim tövsiyəsi olmadan özünümüalicə doğru deyil”.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib