Havanı çirkləndirir, qalıcı xəstəliklər yaradır – SMOQ
04.10.2021 17:21

Smoq havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İlk dəfə bu terminini 1905-ci ildə ingilis həkim Henri Antuan De Vo öz məqaləsində işlədib.

 

Aztibb.az smoqla çirklənmiş hava mühitinin sağlamlığa olan zərərli təsirləri haqqında yazını təqdim edir.

 

Smoq havaya iri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən daxil olur. Sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir.

 

Bəzən smoq havada günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü kimi də müşahidə olunur.

 

Alçaq temperaturda isə su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir.

 

Bu zəhərli qarışıq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, çoxsaylı insan ölümünə səbəb olur, canlı aləmə ziyan vurur.

 

Smoq səbəbindən bir çox insan asma xəstəliyinə tutulur. Bundan əlavə, ağciyərlərin funksiyasının pozulması, nəfəs darlığı, öskürək, nəfəs yollarının qıcıqlanması kimi qalıcı problemlər yaradır.  

 

Çox vaxt atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında da düşür. Turşulu yağış adlanan belə yağışlar istilik-enerji komplekslərindən, nəqliyyatından, həmçinin kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükürd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir.

 

Bu birləşmələr atmosferə düşərkən küləklər vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində yerə düşə bilir.

 

 

 

Belə yağışlar göl və çayları “ölü” su hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara, balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir.

 

Bu cür yağışlar tündlüyünə görə turşuluq sirkə, yaxud limon şirəsi turşuluğuna bərabər olur.

 

Kimyəvi çirkli yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da didərgin düşür və ya məhv olurlar.

 

Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, su ehtiyatı tükənir.

 

Mütəxəssislər smoqa uzun müddət məruz qalmağın ağciyər xərçənginə səbəb ola biləcəyini irəli sürürlər. Uşaqlarda ağciyərlər inkişaf etməkdə olduğu üçün hava çirkləndiricilərinə daha çox həssas olur. 

 

Araşdırmalar hava çirklənməsinin immunitet və ürək-damar sistemində də mənfi dəyişikliklərə səbəb olduğunu göstərir. Çirklənməyə məruz qalma orqanizmdə qan təzyiqini dəyişir və sonradan xəstəlik riskinin artmasına yol açar.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
AQTİ vakansiya elan edir
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Şəki Rayon Mərkəzi Xəstəxanası vakansiyalar elan edir
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
AQTİ işə qəbul elan edir