Burunda qoxu hissini bərpa etmək üçün TƏBİİ üsullar
01.09.2021 10:41
Burunda qoxu hissinin azalması və itməsi zamanı (Hiposmiya və Anosmiya) nə etməli?
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, burunda qoxu hissi güclü soyuqdəymə zamanı və qrip olanda müvəqqəti itə bilər. Bu, qorxulu bir hal deyil, müvəqqətidir və bir müddət sonra düzələcək. Amma bəzən illərlə çəkən qoxu bilməzliyi olur, bu da daha çox allergik rinitdə burun balıqqulaqlarının şişməsi və iltihablaşmasından sonra baş verir.
 
- Bu zaman burun dəliklərinə gündə 3 dəfə hər dəfə 3-4 damcı ud hindi yağı propolislə tökə bilərsiniz.
- Gündə 3 dəfə burun dəliklərinə 2 damcı qarazirə yağı tökmək də faydalıdır.
- 1 çay qaşığı alma sirkəsi 3 xörək qaşığı suya qarışdırıb gündə 4-5 dəfə burun dəliklərinə 5-6 damcı tökə bilərsiniz.
- 1 çay qaşığı çörəkotu yarım stəkan sirkədə 5 dəqiqə qaynadılır, 1 gün sonra süzülür, sonra stəkan tam dolana qədər qliserin əlavə olunur. Gündə 3 dəfə hər dəfə də 3 damcı burun dəliklərinə tökülür.
- Ud hindi tozunun içilməsi allergiyanın qarşısını alır. Gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı ağıza atıb üstündən 1 stəkan içməli (2ay).
- 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və 1 çay qaşığı bal qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev