Həkim-pediatr: "Balanslı qidalanma uşaqlarda piylənmənin qarşısını alır"
18.08.2021 11:07

Uşaqlarda piylənmə geniş yayılmış problemlərdən biridir. Son illərdə həmin xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır.

 

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bildirib ki, az hərəkət etmək piylənməyə səbəb olan əsas amillərdən biridir. Ona görə də xüsusilə 13-15 yaş arasında olan uşaq və yeniyetmələrin valideynləri həmin problemlərlə əlaqədar daha çox müraciət edirlər: “Həmin yaş dövründə valideynlər övladlarının qidalanmasına ciddi diqqət yetirməlidirlər, çünki böyüməkdə və inkişafda olan orqanizm üçün balanslı qidalanma lazımdır. Balanslı qidalanma deyəndə ət, toyuq, balıq, süd məhsulları, çərəzlər, meyvə quruları, mövsümə uyğun meyvə-tərəvəzlər, göyərtilər, doymuş və doymamış yağlar, paxlalar daxil olmalıdır. Yağlı və qızardılmış yeməklərdən uzaq olmağa çalışmaq lazımdır. Konfet və şokoladlar çox az miqdarda qəbul edilməlidir”.

 

Həkim-pediatr qeyd edib ki, passiv həyat tərzi keçirən uşaqlarda əzələlər də zəifləyir, bu isə onurğanın əyilməsinə aparıb çıxarır. Adətən uşaqlara düzgün oturuş qaydası məktəblərdə aşılanmır. Telefon və kompüter arxasında vaxt keçirən balacalarda onurğa sütunu deformasiyaya uğrayır. Skoliozun ağır fəsadları ola bilər, əsasən onurğanın torokal və lyumbar hissəsində S-vari skolyoza aparıb çıxaran hallar müşahidə edilir. Valideynlər bəzən bunu uşaqların çiyınlərində olan fərqliliklə əlaqələndirirlər”.

 

Həkimlər çıxış yolunu mütəmadi olaraq idman hərəkətləri etməkdə görürlər. “Yaxşı olar ki, uşaqlar həftədə heç olmasa iki-üç dəfə idman hərəkətləri etsin, 20-30 dəqiqəlik yürüşə çıxsınlar. 4-6 yaş və 12-14 yaşlılar arasında qamət pozuntuları ilə əlaqədar daha çox müraciətlər olur. Ali məktəbə hazırlaşan yeniyetmələr daha uzun müddət stol və ya kompüter arxasında əyləşməli olurlar və onlarda həmin hallar daha çox özünü göstərməyə başlayır”, - deyə həmsöhbətimiz əlavə edib.

 

Hafizə Məmmədova əlavə edib ki, onlayn dərslər koronavirusa yoluxmaqdan qorusa da, oturaq həyat tərzi orqanizmdə digər problemlər yaradır. Sağlam olmaq üçün isə həm qida rasionuna diqqətə yetirilməli, həm də aktiv həyat tərzinə üstünlük verilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev