Tibbdə ağrıkəsicilərə alternativ olan iynəbatırma – Akupunktura /Birinci yazı
13.08.2021 20:59

Xalq təbibləri təxminən 4 min il əvvəl insan bədəninin səthi ilə daxili orqanlar arasında əlaqənin olduğunu öyrəndilər. Nəticədə xəstəliklərlə mübarizədə yeni müalicə metodları düşünüldü. Min illərdir tibbdə faydası görülən ənənəvi qədim şərq təbabəti getdikcə daha çox populyarlıq qazanmaqdadır. 

 

Aztibb.az iynəbatırma ilə orqanlar arasında energetik tarazlıq yaradaraq tətbiq olunan müalicənin əhəmiyyəti və üstünlükləri barədə yazını təqdim edir.

 

Arxeoloji tədqiqatlar nəticəsində aşkar olunub ki, daşların yonularaq dərinin müəyyən yerlərinə batırılması bəzi xəstəliklərin müalicəsində istifadə edilib. Tətbiq edildiyi gündən effektiv tibbi metod olaraq bilinən, bioloji aktiv nöqtələrə təsirlə müalicə bu gün də qeyri-ənənəvi tibbi müalicə üsulu kimi istifadə olunur.

 

Akupunktura ənənəvi çin təbabətinin bir istiqamətidir və orqanizmə xüsusi iynələr vasitəsilə fiziki təsir göstərməkdən ibarətdir. Akupunktura sözünün mənası: “acus” iynə və “puncture” batırma kəlimələrindən meydana gəlib “iynə batırma ilə müalicə” deməkdir. Uzaq şərq mənşəli olan bu təbii müalicə üsulu iynələrin dəriyə batırılmasıyla icra olunan qədim müalicə metodudur.

 

İynəbatırma metodu bütün xəstəliklərin müalicəsində təklikdə möcüzələr törətmir, əlavə olaraq kompleks müalicədə tətbiq olunur. Bədənə heç bir dərman yeritmədən, bioloji aktiv nöqtələr tapılır və iynə batırmaqla enerji tənzimlənir. İynə bu nöqtələrə tətbiq edildikdə ağrı hiss edilmədən səmərə verir.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bioloji aktiv nöqtələrdə elektrik potensialı yüksək, elektrik müqaviməti isə çox aşağı olur. Bioloji aktiv nöqtələrdə piy hüceyrələri demək olar ki, yoxdur və sinir sonluğudur. Məhz bu xüsusiyyət hesabına bu nöqtələrin elektrik potensialı yüksək olur.

 

 

 

Bioloji aktiv nöqtələrin insan bədənində sayı 1000-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərdə yerləşir. Əsasən çox istifadə olunan nöqtələr əllərdə, qulaqda, ayaqlarda yerləşir. Bundan başqa, hər bir orqanın meridanları vardır ki, bioloji aktiv nöqtələr həmin meridianlar üzərində yerləşərək enerji axında iştirak edirlər. Bir orqanın energetikasına təsir olunursa, daha sonra proses bütün bədəni əhatə edir.

 

Bildiyimiz kimi xəstəlik insanda əsasən stress və soyuqdan yaranır. Bu amillərin təsiri nəticəsində insanda energetik balans pozulur. Normal orqanizmdə bütün orqanlarda enerji mübadiləsi simmetrik şəkildə gedir. İynəbatırmanın da əsas mahiyyəti həmin pozulmuş enerji axınını tənzimləməkdir. Bədənin bir yerində ağrı varsa, demək orada enerji çoxdur. İynəni batırmaqla həmin nöqtədə olan artıq enerji dağılır, bütün orqanizmdə paylanır və insan rahatlanır.

 

Akupunktura ginekoloji, nevroloji, dayaq-hərəkət aparatı sistemin xəstəliklərində, insultun, beyin parezlərinin reabiliatsiyasında, üz sinir, üçlü sinir parezlərində, beyin daxili təzyiqdə, göz çəpliklərində, miqrenin müalicəsində uşaqlarda və böyüklərdə sidikqaçırma problemində ən gözəl müalicə üsuludur.

 

Həmçinin aritmiya, hipertoniya xəstəliyi, bronxial astma, gəyirmə, mədənin hipertoniyası, qəbzlik, yemək borusu, mədə spazmı, insult, nevralgiyalar, lumbaqa, radikulit-oturaq sinirin nevralgiyası, osteoxandroz, nevrozlar, kəkələmə, allergiya, menstrual tsiklin pozulması, klikmaterik sindrom, angina, faringit, laringit, rinit, eşitmə sinirinin nevriti, neyrodermit, dəri qaşınması, vaginizm, cinsi pozğunluq kimi xəstəliklərin müalicəsində uğurla tətbiq edilir.

 

Mütəxəssislər tərəfindən təsdiq olunmuşdur ki, iynəbatırma üsulu sağlamlıq üçün tamamilə təhlükəsizdir. Müəyyən edilib ki, bu terapiya üsulu ağrıkəsici vasitələr üçün əla alternativ sayılır.

 

 

Aparılan bir təcrübədə 500-dən çox miqren, bel, ayaq ağrısından şikayət edən könüllü iştirak edib. Pasiyentlər üç qrupa bölünüblər. Birinci qrup iynəbatırma terapiyası qəbul edib, ikinci qrupdakı könüllülər həm akupunktura, həm də medikamentoz müalicə qəbul ediblər, üçüncü qrupdakı pasiyentlər yalnız dərman müalicəsi qəbul ediblər. Bir saat sonra müalicə taktikasından asılı olmayaraq, ağrı hissi intensivliyi cəmi 40% azalıb. Lakin 48 saat sonra könüllərin çox hissəsi vəziyyətlərinin yaxşılaşdığını bildiriblər. Diqqət çəkən məqam odur ki, birinci qrupdakı pasiyentlərin 83%-də, ikinci qrupdakı könüllülərin 80%-də, üçüncü qrupdakı pasiyentlərin isə 78%-də müsbət nəticələr müşahidə olunub.     

 

İynənin tətbiq edildiyi bioloji aktiv nöqtələr dəri üzərində yerləşən sinir sistemi vasitəsilə daxili orqanlarla əlaqədardır. Bioloji aktiv nöqtələr insan bədəninin bütün nahiyyələrində mövcuddur. Tədqiqatlar nəticəsində öyrənilib ki, bioloji aktiv nöqtələrin mərkəzi sinir sistemi ilə əlaqəsi vardır. Bu nöqtələr bəzi ədəbiyyatlarda akupunktur nöqtələr olaraq da adlandırılır. Akupunktur nöqtələrə təsir məqsədiylə iynəbatırma, dağlama (maksoterapiya), vakum masajı, lazerpunktura, farmopunktura, nöqtə masajı elektropunktura tətbiq edilir.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
 Agentlik və TƏBİB ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə start verib   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?