Azalmayan dəyərin və populyarlığın sirri – Zəfəran/Birinci yazı
11.08.2021 17:56

İnsanlara qədim zamanlardan məlum olan zəfəran qiymətli dərman bitkisidir və buna görə də ona "qırmızı qızıl" deyilir. Zəfəranın müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi insanlara min illər öncədən məlumdur. Bu bitkinin faydaları, tibbdə istifadə sahələri hələ də tədqiq edilməkdədir.

 

Aztibb.az xalq təbabətində istifadə edilən, onlarla xəstəliyə faydalı olması zamanın sınağından uğurla çıxan və indiki elmi-texniki tərəqqi əsrində də tibbi əhəmiyyəti öyrənilməkdə olan zəfəranın müalicəvi xüsusiyyətləri haqqında yazını təqdim edir.

 

Dünyanın ən bahalı ədviyyatı olan, yemək, tibb və kosmetologiyada istifadə olunan bu bitkinin özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir. Payızda çiçək açan zəfəran “Crosus” cinsinin toxumla artmayan, yalnız soğanaqla çoxalan növüdür və insan tərəfindən yetişdirilir.

 

Onun geniş miqyasda yetişdirilməsi Yunanıstandan başlayaraq Asiyaya qədər yayılıb. Hazırda Avropada da yetişdirilir.

 

 

 

Zəfəranın yüksək qiymətə satılmasının iki əsas səbəbi var. Birincisi, onun istehsalı ağır zəhmət sayəsində başa gəlir. İkincisi, zəfəran ətri, dadı və dərman xüsusiyyətinə görə tayı bərabəri olmayan bitkidir.

 

Zəfəranın müalicəvi xüsusiyyətləri qanı təmizləməsi, beyin fəaliyyətini, həzm sistemini yaxşılaşdırması, sinir xəstəliklərini, şişləri sağaldması, orqanizmi cavanlaşdırması və s. ilə səciyyələnir. Tərkibindəki vitaminlər, minerallar və efir yağlarına görə də zəfəran sağlamlıq üçün xüsusi əhəmiyyətlidir. Bu şəfalı bitki insanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Bundan başqa, mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.

 

Zəfəran həm də antioksidantdır. Bədəni toksinlərdən təmizləməyə qadirdir. Böyrək və sidik kisənin təmizlənməsində zəfərandan istifadə olunur.

 

Zəfəran çiçəyinin xərçəngə qarşı müsbət effekti barədə ilk məlumat 1990-cı illərin əvvəllərində Hindistan alimləri tərəfindən verilib. Sonrakı illərdə tədqiqatların coğrafiyası genişlənib və zəfərana qlobal maraq artıb. Dünyada xərçəngə qarşı ən keyfiyyətli zəfəran da elə Hindistanda yetişdirilir.

 

Xərçəng sahəsində son tədqiqatlara əsaslansaq, zəfərandan xüsusilə qaraciyər xərçəngi olan orqanizmdə xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq üçün istifadə edilir.

 

Qeyd olunan xəstəliyə qarşı müalicəvi təsir onun tərkibindəki vitaminlər – A, C, karotinoidlər, selenium (selen), fol turşusu, riboflavin, niasin və digərlərinin birgə təşkil etdiyi antioksidant tərkiblə əlaqələndirilir. Əsl zəfəranın tərkibində pikrokrosin (acı tamla əlaqəli), safranal (ətirlə əlaqəli) və krosin (rənglə əlaqəli) kimyəvi elementlər olmalıdır. Bunlar bitkinin tellərini dünya bazarındakı saxta məhsullardan fərqləndirən əsas xüsusiyyətlərdir.

 

Zəfəran mis, kalium, kalsium, manqan, dəmir, selen, sink və maqnezium kimi mineralların mənbəyidir. Kalium ürək və qan təzyiqini idarə etməyə kömək edən hüceyrələrin vacib bir hissəsidir. Manqan və mis orqanimdə antioksidan fermenti üçün faydalıdır. Dəmir isə qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir.

 

Onun əsas faydası tərkibindəki selenlə bağlıdır. Selen başqa bitkilərdən fərqli olaraq, onda məhz tellərdə toplanır. Bitkinin dişicik tellərdəki antioksidantlar selenlə birgə unikal tərkib təşkil edərək xərçəngin müalicəsi üçün hazır vəziyyətə gəlirlər.

 

 

 

Zəfəranın normal, sağlam hüceyrələrə toksik təsiri yoxdur, onun işi yalnız korlanmış hüceyrələrə qarşıdır. Dəmləməsində 0,5 - 1 qram, yaxud 1-2 sap zəfəran istifadə edilsə kifayət edir. Ondan reqlamentsiz istifadə də məsləhət görülmür. Böyük dozada zəfəranın qəbulu zərərlidir. 2 qram və daha çox miqdarda zəfəranın qəbulu zəhərlənməyə səbəb ola bilər.

 

Tədqiqatlar nəticəsində məlum olub ki, zəfəran məhsulu Albino siçanlarında dəri xərçənginin formalaşmasının və inkişafının qarşısını alır. Həmçinin, müəyyən edilib ki, qida kimi qəbul edildikdə zəfəran şişə qarşı daha təsirli olur. Təcrübədən sonra qeyd olunan siçanlarda serum B-karotene və A vitaminini artırıb. Təxmin edilib ki, zəfəranın xərçəngə qarşı effekti həmin vitaminlərin artımı ilə əlaqəli ola bilər.

 

Zəfəran yuxusuzluq və depresiyaya kömək edir. Həmçinin ürək-damar sistemi üçün faydalıdır. Ondan müntəzəm istifadə ürək əzələsinin güclənməsinə və ürək təzyiqinin normallaşmasına kömək edir. Zəfəran qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini aşağı salır.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi