Yeni yaranan virus ştamlarının heç biri ana ştamdan təhlükəli ola bilməz - MÜTƏXƏSSİS  
08.08.2021 10:57

Koronavirus viral infeksiyadır və onun bir neçə, təxminən 30-a yaxın mutasiyası mövcuddur, lakin onların heç də hamısı öyrənilməyib. Yeni yoluxmalarla daha çox əlaqədar olan virusların ştamları öyrənilib. Koronavirus molekul quruluşuna görə çox uzun zəncirdən ibarətdir. Həmin zəncirdə daimi olaraq yeni mutasiyalar baş verdikcə yeni quruluş yaranır. Ümumdünya Səhiyyə Təşkilatı bunu yunan əlifbasının hərfləri ilə adlandırmağa qərar verib və ştamın hansı ölkədə yaranmağı etik sayılmadığına görə alfa, delta və s. adlandırmağı daha düzgün hesab edib. Yeni növ koronavirusun (COVID-19) ilkin variantı, yəni ana virus daha təhlükəli idi. Digər ştamlar orqanizmdə çoxalaraq öz fəaliyyətini davam etdirməyə çalışırlar. Ona görə də yeni yaranan virus ştamlarının heç biri ana ştamdan təhlükəli ola bilməz. Elə bunu əsas götürərək ciddi narahatlığa ehtiyac olmadığını söyləmək olar. Sadəcə olaraq daha sürətli yoluxuculuq qabiliyyətinə malik ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova məlumat verib.

 

Onun dediyinə görə, təbiətdə həmişə belə olub. Əvvəlcə hansısa bir infeksiya yaranır, bir müddət ona qarşı mübarizə yolları axtarılır və nəhayət, tibb elmi həmin infeksiyaya qarşı dərman kəşf edir. Ümid etmək olar ki, bu dəfə də belə olacaq.

 

Mərkəzin mütəxəssisi bildirib: “Hazırda İctimai Səhiyyə və İslahatlar Mərkəzi vaksinasiya edilmiş tibb işçiləri üzərində böyük bir tədqiqat aparır. Bu məqsədlə paytaxtın poliklinikaları və birləşmiş şəhər xəstəxanaları seçilib və peyvənd edilmiş işçilər üzərində reaksiyaların gedişi, peyvəndlərin effektlilik dərəcələri və s. ilə əlaqədar araşdırma gedir. Tədqiqat başa çatandan sonra nəticələr təqdim olunacaq”.

 

Onun verdiyi məlumata əsasən, vaksinasiya başlanandan hansı halda peyvənd olunmağın zəruriliyi, onun hansı şərtlər daxilində aparılması sualı qarşıda durur və peyvənd edilməyənlərdə immunitet və COVID sertifikatının olmaması problemlər doğurur. Ona görə də avqustun 9-dan etibarən Səhiyyə Nazirliyində komissiya fəaliyyət başlayacaq və peyvəndlə əlaqədar əks göstərişi olanlara əks göstəriş sertifikatı veriləcək. Bunun üçün vətəndaşlar öz yaşayış yeri üzrə poliklinikaya müraciət etməlidir. Poliklinikada məsul həkimlər həmin məlumatı Səhiyyə Nazirliyinə göndərəcəklər. Komissiyanın rəyi əsasında onların barəsində qərar veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər