Qida Təhlükəsizliyi İnstitutundan mütəxəssislərə əməkdaşlıq təklifi
25.08.2020 14:23

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunmuşdur. Eyni zamanda, sözügedən Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcəkdir.

 

Bu baxımdan, aşağıda qeyd olunan sahələr üzrə peşəkarlar əməkdaşlığa dəvət olunur:

 

  1. Qida məhsullarının təhlükəsizliyi sahəsində:

- Qida mühəndisi;

- Qida texnoloqu;

- HACCP üzrə mütəxəssis;

- İSO 22000 üzrə mütəxəssis;

- Qida mikrobioloqu;

- Qida sənayesinin müxtəlif sahələrində təcrübə;

- Qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.).

 

2. Heyvan sağlamlığı sahəsində

- Baytar həkim;

- Baytar əczaçı;

- Baytar epidemioloq;

- Baytar virusoloq;

- Baytar mikrobioloq;

- Baytar seroloq;

- Baytar parazitoloq;

- Baytar toksikoloq;

- Baytarlıq müfəttişi.

 

3. Bitki sağlamlığı sahəsində:

- Aqronom entomoloq;

- Aqronom fitopatoloq

- Aqronom virusoloq;

- Aqronom mikoloq;

- Aqronom bakterioloq;

- Aqronom herboloq;

- Aqronom fitohelmintoloq;

- Aqronom bioloq;

- Kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə);

- Aqrokimyaçı;

- Biokimyaçı;

- Fitosanitar müfəttiş;

- Fumiqasiya mütəxəssisi.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV) food.expert@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (Əlaqələndirici şəxs: Vüsal Qocayev, tel.: 5651272, daxili: 563, mob.: 0556929090; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029).

 

Müraciət üçün son tarix: 15.09.2020

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır