Yeməkdən sonra edilən 7 səhv
24.08.2020 12:31

Vərdişlərdən imtina etmək çox çətin olsa da, sağlamlığı qorumaq və bədəni formada saxlamaq üçün yeməkdən sonra edilən 7 səhvə diqqət yetirmək vacibdir. 

 

Aztibb.az yeməkdən sonra edilməsi doğru olmayan vərdişlərin siyahısını təqdim edir:

 

Siqaret çəkmək

Mütəxəssislər bu vərdişin göründüyündən daha zərərli olduğunu xəbərdar edirlər. Çünki yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretin təsirinə bərabərdir.

 

Meyvə yemək

Bədən desert kimi istehlak olunan meyvələri tez həzm edə bilər. Ancaq yeməkdən dərhal sonra yeyilən meyvə uzun müddət mədədə qalır və çürüməyə səbəb olur. Bu da mədə xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Yeməkdən dərhal sonra meyvə yeməklə bədən, selülit meydana gəlməsini təşviq edə bilən qaz və toksinləri də buraxır. Buna görə də, meyvəni mədə boş olduqda və ya yeməkdən iki saat əvvəl, yaxud sonra yemək məqsədəuyğundur.

 

Çay içmək

Demək olar ki, hamımızın vərdişi olan yeməkdən sonra çay içmək bədənimiz üçün çox zərərlidir. Bu vərdiş həzm sistemini ləngidir. Bu, anemiyalı insanlar üçün daha zərərlidir. Yeməkdən sonra çay içmək üçün 1 saat gözləyin.

 

Duş qəbul etmək

Mütəxəssislər yeməkdən dərhal sonra duş qəbul etməyin zərərli olduğunu söyləyirlər. Duş qəbul etdiyimiz zaman bədənimizdə temperaturun qəfil dəyişməsi müşahidə olunur.

 

Bel hərəkətləri etmək

Yeməkdən sonra bel məşqləri bağırsaqların dolaşmasına və yavaş həzmə səbəb ola bilər. Bundan əlavə, yedikdən sonra bel məşqinin zərərli olmasının başqa bir səbəbi də çəki artımına gətirib çıxarmasıdır.

 

Fiziki fəaliyyətlər

Hər kəs yeməkdən sonra fiziki fəaliyyətin yaxşı olduğunu düşünsə də, reallıq tamamilə fərqlidir. Fiziki fəaliyyətlər həzm sisteminizi bloklayır. İdman və ya gəzinti üçün yeməkdən sonra ən azı 1 saat gözləmək lazımdır.

 

Yuxu

Yuxu zamanı bütün bədən funksiyaları beynimizlə birlikdə yatır. Bu səbəblə yeməkdən sonra yuxuya getmək tövsiyə edilmir. Yuxuya getməsəniz belə, yatağa uzanmayın. Çünki bu hərəkət həzm üçün yaxşı deyil və mədə problemlərinə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub