Pandemiya dünyada aclıq problemini daha da dərinləşdirib
13.07.2021 10:26

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünyada ərzaq məhsulları təhlükəsizliyinə dair hesabatına əsasən, 2020-ci ildə dünyadakı aclıq problemi daha da dərinləşib və koronavirus pandemiyası aclıqdan əziyyət çəkən insanların sayını artırıb.

 

Ötən il dünya əhalisinin təxminən 10 faizinin (720 milyon - 811 milyon arası insan) gündəlik qidası normadan aşağı olub və bu göstərici 2019-cu illə müqayisədə təxminən 70 milyonla 161 milyon nəfər aralığında artıb. Həyəcan təbili çalan beynəlxalq qurumun məlumatına görə, dünyada aclıq çəkən insanların sayı hər il orta hesabla 0,1-0,2 faiz artırdısa, bu rəqəm ötən il antirekord müəyyən edərək təxminən 1,5 faizə çatıb.

 

Beynəlxalq ekspertlər dünyada aclıq çəkən insanların sayının sürətli artımını ilk növbədə koronavirus pandemiyası ilə əlaqələndiriblər. Dünyanın bir çox ölkələrində iqtisadi durğunluğa səbəb olan pandemiya insanların iş və gəlir mənbələrini itirməsinə səbəb olub, beləliklə də yetərincə ərzaqla təmin olunmasının qarşısını alıb. Aclıq səviyyəsi ən ağır formada Afrika ölkələrində yüksəlib. Somali dünya ölkələri arasında əhalisinin kütləvi aclıqdan ən çox əziyyət çəkən ölkəsidir (əhalinin 59,5 faizi). Sonrakı yerləri Mərkəzi Afrika Respublikası (48,2 faiz), Haiti (46,8 faiz), Yəmən (45,4 faiz) Madaqaskar (43,2 faiz) və Şimali Koreya (42,4 faiz) tuturlar.

 

Aclıq çəkənlərin mütləq sayına görə isə antirekorda Hindistan başçılıq edir. Bu ölkədə əhalinin 208,6 milyon nəfəri kütləvi aclıq problemi ilə üz-üzədir.

 

Ekspertlərə görə, BMT və dünya ictimaiyyətinin qarşıya məqsəd qoyduğu 2030-cu ilədək dünyada aclığın kökünün kəsilməsi hədəfi hazırkı vəziyyət və proqnozlara görə yalnız ciddi səylər əsasında mümkün ola bilər. Bunun üçün isə ilk növbədə, ərzaq məhsullarının əlçatan olması təmin edilməli və qeyri-ədalətli bölgü aradan qaldırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır