D vitamini defisiti nədir? - Həkim-terapevt mühüm məqamlara aydınlıq gətirdi
06.07.2021 17:06
D vitamini yağda həll olunan və orqanizmdə depolana bilən bir vitamindir. Normal halda vitamin D-nin qan analizlərindəki səviyyəsi 25-100ng/ml aralığında olmalıdır. Vitamin D-nin ən önəmli qaynağı günəş şüalarındadır. Lakin balıq, süd və süd məhsullarından və taxıl bitkilərindən bol istifadə etməklə də vitamin D səviyyəsini qaldırmaq olar.
Aztibb.az xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev bu barədə ətraflı məlumat verib.
D vitamin çatışmazlığının simptomları
D vitamini əksikliyi ən çox yorğunluq, ürəkdöyüntünün artması, tərləmə, əzələ-sümük ağrıları, saç tökülmələri, dırnaqlarda qırılmalar, depressiv hal, immun sisteminin zəifləməsiylə özünü büruzə verir.
D vitamini orqanizmdə nə işə yarayır?
• kalsium-fosfor mübadiləsini tənzimləyir
• maddələr mübadiləsini sürətləndirir
• sümük və qığırdaqları bərkidir
• sinir impulslarının ötürülməsini yaxşılaşdırır
• ana bətnində embrionun normal inkişaf etməsinə kömək edir
D vitamini əksikliyinə kimlərdə rast gəlinir?
• ağbəniz insanlarda
• qapalı məkanlarda çalışan insanlarda
• yaşlı insanlarda
• qidalanma problemi olanlarda
• günəş işığından qorunmaq üçün qoruyucu krem istifadə edənlərdə
• hamilə və süd verən analarda
• xroniki qaraciyər və böyrək xəstəliyi olanlarda
Günlük D vitamininə ehtiyacımız nə qədərdir?
Günlük D vitamini ehtiyacı yaşa və defisitin dərəcəsinə görə dəyişir. Bu səbəblə doza seçimi mütləq həkim tərəfindən təyin olunmalıdır. Eyni zamanda günlük kalsium qəbulunun da optimal dərəcədə olması lazımdır.
Yüksək dozada D vitamini qəbulu zərəri varmı?
Yüksək dozada D vitamininin qəbulu orqanizmdə həddindən çox depolanmaya və intoksikasiyaya yol açar. D vitamini zəhərlənməsi bağırsaqlardan kalsium sorulmasını çoxaldaraq qanda kalsium səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu da nəticədə ürəkbulanma, qusma, sərsəmlik, qəbizlik kimi simptomlarla özünü büruzə verir.
D vitamini necə depolanır?
Günəş şüalarından ən çox fayda gördüyümüz saatlar 11:00 ilə 15:00 arasındakı zaman kəsiyidir. Bu saatlarda günəşdən qorunma kremi yaxmadan 20-25 dəqiqə günəşlənmək vacibdir. Eyni zamanda qida rasionumuza gündəlik balıq (əsasən TON balığı), süd və süd məhsullarını əlavə etməliyik.
Bu bölməyə aid digər xəbərlər
ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
27.10.2026 | 16:25
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33

