Mədə xəstəlikləri zamanı faydalı bitki çayları
25.06.2021 17:42

Mədə xəstəlikləri arasında ən çox mədənin selikli qişasının iltihablaşmasına - qastritə rast gəlinir. Qastritin əmələ gəlməsinə müxtəlif bakteriyalar və mikroblar səbəb olur. Vaxtlı-vaxtsız qidalanma rejimi, çox soyuq və çox qaynar, kəskin və ayaqüstü qidalar da qastritin əmələ gəlməsində mühüm rol oynayır. Qastrit qarında köp, ürəkbulanma, qıcqırma, həzm sistemində pozğunluqların olması ilə özünü büruzə verir.

 

Aztibb.az sadalanan əlamətlərin aradan qalxmasına və qastritin sağalmasına yardım edən bitki çaylarını təqdim edir:

 

Çobanyastığı çayı.

 

Qastritin təbii vasitələrlə müalicəsində çobanyastığı dəmləməsinin faydası böyükdür. Çobanyastığı ilıtihab əleyhinə, ağrı kəsici və antibakterial təsirə malikdir. Çobanyastığı mədə-bağırsaqlardakı köpü aradan qaldırır, həzmi normallaşdırır və bağırsaqlara rahatladıcı təsir göstərir.

 

Biyan kökü dəmləməsi.

 

Biyan kökü dəmləməsi qastrit əlamətlərini azaltmaqla yanaşı, onun sağalmasını sürətləndirir. Amma biyan kökü dəmləməsini içməmişdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki onun tərkibində olan glisirizin maddəsinin yanaşı təsirləri ola bilər.

 

Sarıkök.

 

İltihab əleyhinə təsir göstərməklə qastritin əlamətlərini azaldır. Sarıkök orqanizmdə olan iltihab enzimlərinin fəaliyyətini zəiflədir. 2001-ci ildə Tailandda keçirilən araşdırmalarda sarıkökün 1-2 həftə ərzində qastrit əlamətlərinin azaltdığı sübut olunmuşdur.

 

Kimyon.

 

Kimyon dəmləməsi həzmi yaxşılaşdırır, mədə-bağırsaqlardakı köpü aradan qaldırır, mədə turşuluğunu azaltmaqla qıcqırma əlamətlərini yox edir.

 

Zəncəfil.

 

Zəncəfil mədə-bağırsaq sistemində əmələ gələn əksər problemlərin həllində ən yaxın köməkçi hesab edilir.

 

Mütəxəssislər bitki çayları ilə müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməyinizi tövsiyə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev