Yay mövsümündə qida zəhərlənmələrinin əsas səbəbləri
21.06.2021 11:44

Meyvə və tərəvəzi yumadan istifadə etmək olmaz. Alıcıların xüsusən qarpız alarkən dadını yoxlamaq üçün onu bazarda kəsib yoxlamaları yanlışdır. Çünki qarpızı kəsən kimi tamlığı pozulur və mikroblar məhsulun içinə keçir. Bu səbəbdən, meyvə-tərəvəzlər və giləmeyvələr mütləq çox yuyulmalı, mikroblardan təmizlənməlidir. Xüsusilə torpağa yaxın məsafədə yetişən məhsulların üzərində xeyli miqdarda mikrob olur. Misal üçün, qarpız, yemiş, çiyələk və göyərtiləri bu siyahıya daxil etmək olar.

 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev məlumat verib.

 

Həkim-toksikoloq bildirib ki, yay aylarında qidalanma zamanı məhsulların təmiz və təzə olduğuna xüsusi diqqət yetirmək lazımdır: “Xüsusilə soyuqda saxlanılması lazım olan məhsullarla qidalanarkən ehtiyatı əldən vermək olmaz. Misal üçün, yay aylarında balıq və balıq məhsullarını soyuducudan kənarda 2 saatdan çox saxlamamalıyıq.

 

Daha sonra, kafe və restoranlarda salat yeyərkən ehtiyatlı olmaq lazımdır. Xüsusilə mayonezli salatlar köhnələrsə, çox risklidir. Həmçinin ağartı məhsulları: süd, qatıq, ayran və s. diqqətlə qəbul etməliyik. Çalışmaq lazımdır ki, yay mövsümündə yağlı və şəkərli qidalardan az istifadə olunsun. Çünki karbohidrogenlə zəngin qidalar qəbul etdikdə qan qatılaşır. Ümumiyyətlə qanın qatılaşması yayda daha çox baş verir ki, bu da, ürək-damar xəstələri üçün təhlükəlidir. Beləliklə, yay ərzində qida zəhərlənmələrinin çoxu ət məhsulları, bayat salatlar, o cümlədən təmiz yuyulmamış meyvə-tərəvəzlərdən baş verir”.

 

İ.Əfəndiyev vurğulayıb ki, məhsulu mövsümündə alıb yemək faydalıdır: “Hazırda satılan qarpız və yemişlər istixana şəraitində yetişdiriliblər. Belə olan halda, məhsullarda gübrənin miqdarı normadan çox olarsa, bu, həssas şəxslərdə – mədəaltı vəzi, öd kisəsi xəstəliyi olanlarda problemlər yaradar. İsti aylarda çox maye qəbul etmək qidalanmanın əsas şərtidir. Hər saatda ən azı bir neçə qurtum təmiz su qəbulu bədəndə su və duz balansını qorumaq üçün vacibdir”.

 

Həkim-toksikoloqun məsləhətinə görə, qida zəhərlənməsi baş verdikdə aktivləşdirilmiş kömürdən istifadə etmək lazımdır: “Lakin zəhərlənən şəxs daha sonra mütləq həkimə müraciət edib müalicə almalıdır. Çünki zəhərlənmə bir sıra hallarda, xüsusən azyaşlılarda ağır nəticələnə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev