Müəyyən xəstəliklər zamanı süni qidalanma - Hansı üsulları var?
19.06.2021 13:22

Müəyyən xəstəliklər zamanı və bəzi cərrahi əməliyyatlardan sonra xəstələrin təbii yolla (ağız vasitəsilə) qidalanması mümkün olmur. Belə olan surətdə xəstələri süni qidalanma vasitələri ilə qidalandırmaq lazım gəlir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, süni qidalanmanın 4 üsulu var:


1. Zondla burun yolları ilə
2. Zondla ağız vasitəsilə
3. Mədəyə əməliyyat vasitəsilə qoyulmuş zondla
4. Qidalandırıcı imalələr vasitəsilə


Zondla burun yolları ilə qidalanma zamanı nazik steril zond xəstənin burun dəliyindən mədəsinə ötürülür, sulu qida maddələri az miqdarda 20 qramlıq şpirislə zond vasitəsilə yedizdirilir. Zond burun dəliyinə salınmazdan əvvəl qliserinlə yağlanır.


Zondla ağız vasitəsilə qidalanma zamanı zond udlağın arxa hissəsi vasitəsilə mədəyə ötürülür və xəstə 20 qramlıq şprislə az-az yedizdirilir. Zond vasitəsilə xəstəyə müxtəlif cür bulyonlar, suda bişmiş yumurta, şirələr, kakao, kofe, süd və s. vermək olur.


Yuxarıda göstərilən metodlar mümkün olmadıqda, əməliyyat vastəsilə xəstənin mədə və ya onikibarmaq bağırsağına fistul qoyulur və qida birbaşa xəstənin mədəsinə yeridilir. Fistul vasitəsilə xəstəyə gün ərzində 5-6 dəfə, hər dəfə 150-200 ml sulu yemək yedizdirmək olar.


Qidalandırıcı imalə etmək üçün əvvəlcə xəstəyə təmizləyici imalə edilir, sonra isə qidalandırıcı vasitələr damcı vasitəsilə xəstənin düz bağırsağından içəriyə yeridilir. Qidalandırıcı vasitlərə fizioloji məhlul, qlükoza və s. aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev