Qara və qırmızı qarağatın FAYDALARI
17.06.2021 13:18
Qara qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. O, xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə antioksidant sayılır. Qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır. Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəifləmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var. Qara qarağat dəmirlə zəngindir. Bu da onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Bundan əlavə, qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir.
Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə az kalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Qara qarağat iltihab və revmatizm əleyhinə, antiseptik xüsusiyyətlərə malikdir. Kapilyar və damarlar üçün də çox xeyirlidir. Onları təmizləyir, elastikliyini artırır. Həmçinin bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlğəm gətirici və iltihab əleyhinə təsir edir.
Qara qarağatın yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlarına əlavə edirlər. Profilaktik məqsədi ilə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar.
Körpə uşaqları çimizdirdikdə vannaya qara qarağat yarpaqlarının dəmləməsini əlavə etmək olar. Bu çox təsirli antiseptik vasitədir.
Qara qarağatla müqayisədə qırmızı qarağatın kimyəvi tərkibi daha "kasıb"dır. Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır. Lakin yod daha çoxdur. Qara və qırmızı qarağat sidikqovucu xüsusiyyətə malikdir və böyrək, sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir. Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur.
Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

