Əgər aqressiv davranış uşaqda davamlı hala çevrilibsə...
14.06.2021 13:06
Əgər aqressiv davranış uşaqda davamlı hala çevrilibsə, valideynlər bunu ciddiyə almalıdırlar. Çünki uşaqlar adətən bu yolla həyatlarında nəyinsə qaydasında getmədiyi mesajını verirlər.
 

Bu barədə uşaq psixoloqu Arzu Adgözəlova sosial şəbəkədə məlumat paylaşıb.

 

O, bildirib ki, aqressiya çox vaxt ailə münasibətlərindən qaynaqlanır. Bir növ uşaq ailənin güzgüsünə çevrilir. Ona görə də uşağın davranışlarına təlaşlanmazdan əvvəl ailə münasibətinizə nəzər yetirin.
 
Aşağıdakı sualları cavablandırın:
 
- Övladınızla kifayət qədər vaxt keçirir və oyun oynayırsınızmı?
- Gün ərzində övladınızı neçə dəfə qucaqlayır, öpür və onu sevdiyinizi deyirsiniz?
- Övladınız danışanda sona qədər diqqətlə dinləyirsinizmi?
- Gündə neçə dəfə övladınıza səsinizi yüksəldirsiniz?
- Övladınızdan üzr istəyə bilirsinizmi?
 
Əgər ailədə hər şey qaydasındadırsa, uşağın ətrafını nəzərdən keçirmək lazımdır.
 
Bəs uşaq aqressiya göstərən zaman necə davranmalı? Bəzən uşaqlar diqqət çəkmək üçün də belə davranışlar nümayiş etdirirlər. Məsələn, uşaq sizi vurursa, bu zaman emosional reaksiya verməyin ciddi ifadə və düz səs tonu ilə "olmaz!" deyin və uşağı özünüzdən bir qədər aralı tutun.
 
Belə olan halda uşaqlar çox vaxt daha da aqressivləşir və ağlamağa başlayır. Valideyn səbirli olmalı və sakitliyini qoruyaraq qətiyyən uşağa qışqırmamalı və ya onu sakitləşdirməyə çalışmamalıdır:
 
"Siz öz işinizlə məşğul olun və uşaq sakitləşənə qədər onunla ünsiyyətə keçməyin (göz kontaktı da daxil). Lakin uşaq sakitləşdikdən sonra mütləq ona yaxınlaşın və birgə vaxt keçirin, oyun oynayın. Beləliklə, ana uşaqda düzgün davranışı möhkəmləndirmiş olur. Əlbəttə ki, bunu da unutmayın uşağınızın emosional dəstəyə ehtiyacı var və bu səbəbdən ağlayırsa, onu qucaqlamalı və dəstəyinizi hiss etdirməlisiniz.
 
Övladınıza müsbət motivasiya aşılayın. Etdiyi yaxşı hərəkətləri vurğulayın, xoşagəlməz hərəkətləri isə bacardıqca görməzdən gəlin. Lap kiçik yaşlardan uşağa gülləri, heyvanları incitməməyi, üzr istəməyi öyrədin. Öz nitqiniz və davranışlarınız ilə övladınıza nümunə olun. Ən əsası səbirli olun".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev